Müsahibə, Siyasət, ZZ-Manşet

“Türkiyə çevik və ehtiyatlı addım atmalıdır”

f69a7304b67911bd93b685db2eebc8e8

Suriya ordusu ölkənin hava məkanını pozan Türkiyənin istənilən hərbi təyyarəsini vuracaq.

Bu barədə hərbi ekspert Üzeyir Cəfərov GSR.fm-ə müsahibə verib. O bildirib ki, təhlükənin olması hər zaman realdır. Bu müharibədir və müharibədə sözsüz ki, istənilən hədəfi vurmaq mümkündür:

“ Nəzərə alsaq ki, Suriyanın təyyarələri vurmaq, texnikanı sıradan çıxarmaq üçün imkanları mövcuddur. Deyilənlər təkcə söz deyil, reallıqdır. Belə bir hadisə baş verməsi mümkündür. Türkiyə müsbət və mənfi məqamları nəzərə alır və bilir ki, əgər sabah hər hansı təhlükə olarsa, silahlı qüvvələrinə ziyan gələ bilər. Mən bu təhlükəni real hesab edirəm. Türkiyə bu faktoru nəzərə alıb. Bütövlükdə koalisiya qüvvələrinin, ölkələrin çalışdıqları odur ki, Suriyada əmin-amanlıq olsun, insan dramı yaşanmasın. Hələ Suriyanı qarşıda çox böyük fəlakətlər gözləyir. Çünki, bombardmanlar, quru əməliyyatların olması gözlənilir. Bir zamanlar çox gözəl olan Suriya və onun şəhərləri, ümumiyyətlə Şərq dünyasının aparıcı ölkələri indi müharibə xaosuna cəlb olunublar. Çoxlu dağıntılar var. Yüz minlərlə insan həyatını itirib, bir çoxu isə daimi yaşayış yerlərindən didərgin düşüb. Ona görə də, bu hədəyə elə-belə yanaşmaq olmaz. Yəqin ki, Türkiyə də anlayır ki,  bu məsələdə bir qədər çevik və ehtiyatlı addım atmalıdır”.

Öncəki xəbərNövbəti xəbər

8 şərh

  1. Geri izləmə: vagragenericaar.org
  2. Geri izləmə: doctor7online.com
  3. Geri izləmə: ciprofloxacin mexico

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.