Siyasət, Xəbərlər, ZZ-Manşet

Türkiyə prezidenti NATO-ya xəbərdarlıq edib

erdogan3

Bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 15 iyul hərbi çevriliş cəhdində iştirakda şübhəli sayılan türkiyəli hərbçilərlə balı NATO-ya xəbərdarlıq edib.

GSR.fm-in APA-ya istinadən verdiyi məlumata görə, R. T. Ərdoğan deyib ki, Türkiyədə dövlət çevrilişinə cəhdlə əlaqəli olan hərbçilərin, terrorçuların NATO-nun strukturlarında çalışması, yaxud NATO tərəfindən onlara sığınacaq verilməsi yolverilməzdir.

R. T. Ərdoğan terrorçuluqda günahlandırılan  və NATO-dan sığınacaq istəyən türkiyəli zabitlərin ekstradisiya olunmasını tələb etdiklərini vurğulayıb.

Qeyd edək ki, NATO baş katibi Yens Stoltenberq ötən gün bildirib ki, Türkiyədə 15 iyul hərbi çevriliş cəhdindən sonra NATO-nun müxtəlif strukturlarında çalışan Türkiyə ordusunun bir neçə zabiti sığınacaq istəyib.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.