İqtisadiyyat, Müsahibə, ZZ-Manşet

“Uçot dərəcəsinin artırılmamasına görə stabilləşmə ola bilər”

vuqarbayramovABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FED) Açıq Bazar Əməliyyatları üzrə Komitəsinin (FOMC) iki gün davam edən iclası yekunlaşıb. FED uçot dərəcəsini dəyişməyərək 0,25-0,5% səviyyəsində saxlayıb.

Bu barədə GSR.fm-ə müsahibə verən iqtisadi ekspert Vüqar Bayramov bu qərarın manatın məzzənsinə təsiri barədə danışıb. O bildirib ki, uçot dərəcəsi artdıqda manatın məzənnəsinə daha çox təsir edir:

“Biz nəzərə alsaq ki, uçot dərəcəsi artırılan zaman manata təsir artır, nəticə etibari ilə bu dollara olan tələbin yüksəlməsinə gətirib çıxarır. Uçot dərəcəsinin artırılmaması nəticə etibari ilə bu strateji məhsulların qiymətlərinin stabilləşməyinə gətirib çıxara bilər. Güman etmirəm ki, bu Azərbaycanda valyuta bazarında hər hansı bir dəyişikliyə səbəb olacaq. Hazırda valyutaya tələb yüksəkdir. Buna görə də ehtimal olunur ki, manatın  məzənnəsi azalmağa davam edəcək. Ümumiyyətlə, indiki dövrdə Mərkəzi Bankın siyasəti ondan ibarətdir ki, manatın məzənnəsi mərhələli şəkildə müəyyən edilsin”.

Öncəki xəbərNövbəti xəbər

21 şərh

  1. Geri izləmə: vagragenericaar.org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.