İdman, Xəbərlər, ZZ-Manşet

“UEFA bütün turnirləri eyni dövlətə vermir”

rovneq-570x360

AFFA prezidenti Rövnəq Abdullayev Avropa kuboklarının final matçlarının Bakıda keçirilmə variantına münasibət bildirib.

GSR.fm-in Qol.az-a istinadən verdiyi məlumata görə, R.Abdullayev jurnalistlərə açıqlamasında Avro-2020-dək bir neçə böyük futbol yarışını Azərbaycan paytaxtında keçirməyə çalışacaqlarını deyib.

“Biz Avro-2020 üçün peşəkar sifariş hazırlamışdıq. Həmin sifariş Londondan sonra ikinci yerdə idi. Razılaşmaq lazımdır ki, UEFA bütün turnirləri eyni dövlətə vermir. Son illərdə Bakıda bir neçə böyük futbol yarışı keçirilib. İndi də Avro-2020-yə hazırlaşırıq. Amma çalışacağıq ki, bunadək bir neçə tədbiri də Bakıda keçirək” deyə AFFA prezidenti vurğulayıb.

Milli assosiasiyanın rəhbəri 4 oyunu Bakıda keçiriləcək Avro-2020-nin təşkilatçılığından da danışıb: “Dövlətimizin bu sahədə böyük təcrübəsi var. İndiyədək böyük tədbir və yarışlar keçirmişik. Avro-2020 də belə yüksək səviyyədə keçiriləcək”.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.