İdman, ZZ-Manşet

UEFA komandaların ilkin bölgüsünü elan edib

uefaUEFA 2016-cı ildə gənclər arasında Avropa çempionatının seçmə dövrəsində iştirak edəcək yığma komandaların ilkin bölgüsünü elan edib.

GSR.fm-in AzərTAc-a istinadən verdiyi xəbərə görə, final turnirində Azərbaycan yığması (ev sahibi kimi) və daha 15 komanda iştirak edəcək.

İştirakçılar 2015-ci ilin payızında elit raundda 31 yer uğrunda mübarizə aparacaqlar. Reytinqin lideri olan Almaniya yığması avtomatik olaraq bu mərhələyə vəsiqə alıb. Qalan komandalar reytinq əmsallarına uyğun olaraq hərəsi 26 komandadan ibarət birinci və ya ikinci səbət arasında paylanıblar. Xatırladaq ki, Azərbaycan yığması reytinq əmsalına görə Kipr və Farer adaları komandaları ilə 42-44-cü yerləri bölüşdürür.

Püşkatma zamanı hər səbətdən iki komanda olmaqla 13 qrup tərtib ediləcək. Qrup halında mini-turnirlərin ev sahibləri püşkatmadan sonra müəyyən ediləcək. Hər qrupdan iki ən güclü komanda və öz qrupunun liderlərinə qarşı oyunda ən yaxşı nəticələr göstərmiş üçüncü yerləri tutan beş komanda seçmə raundda Almaniya yığmasına qoşulacaqlar. Bu mərhələdə matçlar 2016-cı ilin baharında keçiriləcək.

Seçmə raundun püşkatma mərasimi dekabrın 3-ünə təyin edilib.

A səbəti: İngiltərə, Niderland, Portuqaliya, Polşa, Fransa, Serbiya, Rusiya, İsveçrə, İtaliya, İspaniya, Çexiya, Şotlandiya, Gürcüstan, İsveç, Macarıstan, Ukrayna, Belçika, İslandiya, Avstriya, Türkiyə, Xorvatiya, Danimarka, İrlandiya, Norveç, Belarus, Bosniya və Herseqovina.

B səbəti: Yunanıstan, Bolqarıstan, İsrail, Slovakiya, Albaniya, Sloveniya, Şimali İrlandiya, Rumıniya, Latviya, Makedoniya, Estoniya, Finlandiya, Uels, Litva, Ermənistan, Lüksemburq, Kipr, Farer adaları, Moldova, Monteneqro, Qazaxıstan, Malta, Andorra, San-Marino, Lixtenşteyn, Hibraltar.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.