Müsahibə, ZZ-Manşet

“Ukraynalılar Rusiyanın təbliğ etdiyi kimi faşist deyil”

azerUkraynada dünən prezident seçkiləri keçirilib. “Exit pol”un nəticələrinə görə 55,70 % səslə iş adamı Pyotr Poroşenko qalibdir.

Ukraynada keçirilmiş prezident seçkilərini Real Hərəkatının idarə heyətinin üzvü Azər Qasımlı GSR.fm-ə şərh edib.

Azər Qasımlı seçkilərin nəticələrini tamamilə gözlənilən adlandırıb: “Bütün sosioloji sorğular onu göstərirdi ki, Poroşenkonun I turda qalib gəlmək şansı yüksəkdir. Bu gün artıq deyə bilərik ki, Poroşenko Ukraynanın yeni prezidentidir. Demək olar ki, bu seçkilərdə heç bir saxtakarlıq, qanun pozuntuları müşahidə olunmayıb. Hətta Timoşenko da Poroşenkonun qalibiyyətini qəbul edib”.

Azər Qasımlı bildirdi ki, seçkilərin nəticələri Ukrayna xalqının Avrointeqrasiyaya meylli olduğunun göstəricisidir: “Ukrayna xalqı Poroşenkoya, Timoşenkoya səs verməklə bir daha onu göstərdi ki, Ukrayna xalqı Avrointeqrasiyanın tərəfdarıdır. Hətta, Poroşenko yalnız qərb və mərkəzi bölgələrdə deyil, o cümlədən Luqanskda, Donetskdə 30%-dən çox səs topladı. Timoşenko ilə birgə özlərini Novorossiya adlandıran bölgədən 50%-dən çox səs toplandı. Bu seçkilər göstərdi ki, Ukrayna xalqı Rusiyanın təbliğ etdiyi kimi faşist deyil. Belə görünür ki, Ukrayna Avropa Birliyinə üzv olmağa layiq dövlətdir. Lakin hələ də ölkənin ciddi problemləri var, həm iqtisadi, həm sosial, həm də siyasi sahədə. Amma ümid edək ki, Poroşenkonun legitim prezident kimi bu problemləri həll etmək imkanları bundan sonra daha da geniş olacaq”.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.