Müsahibə, ZZ-Manşet

“Un məhsullarından tamamilə imtina düzgün deyil”

ideal-ceki

Müasir dövrdə qəbul edilən qidalar növündən asılı olaraq bəzən artıq çəkiyə səbəb ola bilir. Bu barədə həkim-dietoloq Nərmin Əfəndiyeva GSR.fm-ə müsahibə verib. O, öz müsahibəsində bildirib ki, qadın nəfsi, iştahı və orqanizmi ilə razılaşmalıdır. Nəyin daha vacib olduğunu düşünməlidir:

 “Xanım hər zaman nə yediyini düşünməli, qidasına məsuliyyətlə yanaşmalıdır. Hər bir adam bilməlidir ki, “insan yediyindən ibarətdir”. Əgər hər hansı  qidadan, qida qrupundan qadının xarici görünüşündə xoşagəlməz dəyişiklik, daxili üzvlərində narahatlıq əmələ gəlirsə, o, öz qida rasionuna yenidən baxmalıdır. İradəsi nəfsindən möhkəm olmalıdır. Mövsüm, ənənə, istək, bunlar bəhanədir. Öz sağlamlığına fikir verən xanım mövsüm ilə qidasını dəyişmir. Əgər bəhanə iradəyə üstün gəlirsə, nəfsə dözmək olmursa, onda çalışmaq lazımdır ki, xəmir xörəkləri həftədə bir-iki dəfədən artıq olmasın. Xörəyə əlavə edilən yağın miqdarı az olsun. Həftə ərzində edilən idman məşğələlərinin sayını, ya da yükünü  artırmaq (daha böyük sürətlə yerimək, 30 əvəzinə 50  dəfə press çəkmək və s.)  lazımdır. Xəmir xörəkləri yüksək kalorilidir. Artıq kalorilər idman məşğələləri ilə itirilməlidir”.

Həkim-dietoloq həmçinin, qeyd edib ki, məqsəd çəki itirməkdirsə, qidanı tarazlaşdırmaq lazımdır:

“Unun tərkibində B qrupu vitaminləri və Ca, P kimi minerallar və sözsüz ki, əsas kalori mənbəyi olan karbohidratlar vardır. Tamamilə un və un məhsullarından imtina etmək düzgün deyil. Çörəkdən tam imtina sağlamlıq üçün təhlükəli deyildir, tamamilə çörəksiz yaşayan tayfalar var. Amma tam imtinada zərurət yoxdur. Buğda ununun içində qlüten zülalı var. Bəzi insanlarda bu zülala qarşı həssaslıq olur, belə insanlara buğda unundan bişən məhsulardan imtina etmək məsləhət görülür”.

Son olaraq Nərmin xanım bildirib ki, insanlar çox vaxt aclıq hissini susamaq hissi ilə səhv salırlar:

“Əvvəla, gündə 2l su içmək məsləhət görülür. Aclıq hissiyatı olanda bir stəkan (içində bir dilim limon olan) su içsələr, dərhal bu hissin keçdiyini görəcəklər. Xörəyi kiçik boşqabdan yeməyə çalışsınlar (200-250-300 qram yemək). İkincisi, süfrədə əlavə yemək olmamalıdır. Üçüncüsü, yeməkdən dərhal sonra nə ilə məşğul olacağınızı əvvəlcədən düşünün. Bu, sizə qida haqqında düşünməkdən imtina etməyə  kömək edəcək. Qidaya məsuliyyətlə yanaşmaq lazımdır. Məsuliyyət hissi nəfsdən möhkəm olanda süfrədən asanlıqla durmaq olur. İnsanın bədəninə, dərisinə, xarici görünüşünə sevgisi varsa, iştah ilə razılaşmaq olur”.

Öncəki xəbərNövbəti xəbər

5 şərh

  1. Geri izləmə: doctor7online.com
  2. Geri izləmə: usa made generic viagara

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.