Təhsil

Universitet bufetləri: Tələbələrin tələbləri

Malik Talıblı:

–     Universitet bufetində tələbələr üçün qiymətlər bir az sərfəli olmalıdır. Amma belə baxanda, qiymət cəhətdən sərf eləmədiyi üçün bufetlərə çox gedib gəlmirəm. Üç dərs və daha artıq olanda, onda məcburən gedirəm. Yəni burda ancaq 60 qəpiklik qamburger almaq olar da mənim cibimə uyğun olaraq.

Müsahibim Malik Talıblı Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin üçüncü kurs tələbəsidir. Lənkəran rayonundan Bakıya oxumaq üçün gələn Malik deyir ki, təhsil aldığı ali məktəbin bufetindəki qiymətlər bir tələbə kimi onu qane etmir.

Malik Talıblı:

– Məsələn burda dönər 1 man 20 qəpiyədir, amma çöldə bir manata almaq olur.Başqa yerlərdə salfetka 30 qəpiyə satılırsa, burda 50 qəpiyə.

Universitetin tələbələri arasında keçirdiyimiz sorğuya əsasən, onların bir çoxu çay və qamburger istisna olmaqla, qalan hər şeyin baha olmasından gileyləndilər. Tələbələrin narazılığını nəzərə alaraq, Bakı Dövlət Universitetinin bufetində satılan qida məhsullarının və yeməklərin qiymətləri ilə maraqlandıq. 1 saylı korpusun bufetində satıcı işləyən Zərifə Hüseynovanın sözlərinə görə, universitetdəki istər isti, istərsə də soyuq yeməklərin qiyməti tələbələrə uyğun müəyyənləşdirilib. Yeməklər ali məktəbin əsas binasının yeməkxanasında hazırlanır və sonra 4 korpus arasında paylanılır.

Bakı Dövlət Universitetinin bufetində tələbə çay alarkən

Zərifə Hüseynova:

–    Tələbələri nəzərə alaraq qiymətlər ucuzdur. Misalcun, bulkalar 20 qəpikdir, peçenyalar 50 qəpikdir, 30 qəpikdir, peraşki 15 qəpikdir. (Bəs artıq qalanda necə olur?) Artıq qalanı işin axrında yığırlar kuloka, orda heyvan saxlayanlar var, aparıb verirlər onlara, onlar götürürlər. Bizdə elə mal yoxdur ki, üç gün qalsın. Uşağın zövqünə görə mallar gəlir bizə və onları da istəyirlər alırlar hamısı.

Azərbaycan Texniki Universitetinin yeməkxanasında da müxtəlif yemək çeşidləri var. Burda Azərbaycan, Avropa və Türk mətbəxinin yeməkləri hazırlanır. Ali məktəbin yeməkxanasında toyuq və mal ətindən bişirilən yeməklərə və lavaşarası fast-foodlara daha çox üstünlük verilir. Bu sözləri bizə universitetin yeməkxanasının baş aşbazı Mənsur Kərimli söyləyir.

Mənsur Kərimli:

–    Tələbələrin cibinə uyğun yeməklər bişirməyə çalışırıq. Bəzi ərzaq məhsulları baha olduğuna görə biz bəzi şeyləri verə bilmirik. Məsələn, balıq çeşidləri, məsələn quzu əti. Biz bunu gətirib bişirib verə bilərik, bizim üçün heç bir problem yoxdur. Lakin bizim bunu bişirib sonra qiymətləndirib vitrinə qoymağımız nəticəsində tələbə bunu almayacaq. Ona görə də biz məcbur olub bunları bişirmirik.

Baş aşbaz universitetin yeməkxanası ilə çayxanasının da ayrı olduğunu vurğulayır.

Mənsur Kərimli:

–     Əgər yemək verilən yerdə çay da verilirsə, orda səs-küy olur. Məsələn, burda tələbələr var ki, vaxt məhdud olduğuna görə, tənəffüslərdə bir əlində yemək yeyir, bir əlində kitab oxuyur. Biz ona görə də yeməkxana ilə, çayxana sistemini ayırmışıq ki, rahat otursunlar, başları dinc şəkildə dərslərini oxuyub yaxşı qavraya bilsinlər.

Azərbaycan Texniki Universitetinin Metallurgiya mühəndisliyi fakültəsinin 3-cü kurs tələbəsi Xoşqədəm Əliyeva isə ali məktəbin yeməkxanasındakı qiymətlərin baha olduğunu bildirir.

Xoşqədəm Əliyeva:

–     Universitetin yanında market var, ora üstünlük veririk. Yolu keçməli oluruq, çətin olsa da, uzaq olsa da, ora gedib alırıq. Mağazada satılan su çöldə 30 qəpikdir, burda 50 qəpikdir, 60 qəpikdir. Bufetə çox az-az gedirik. Həm qiymətlər bahadır, həm də bəzi gigiyena qaydalarına riayət olunmur.

Azərbaycan Dövlət Neft Akademiyasında isə vəziyyət bir qədər fərqlidir. Belə ki, Bakı Dövlət Universitetində və Azərbaycan Texniki Universitetində yeməklər qapalı şəraitdə hazırlansa da, Azərbaycan Neft Akademiyasında tələbələrin ixtiyarına verilən isti və soyuq yeməklər açıq şəkildə, bufetin içində hazırlanır.

Müşahidələrimiz zamanı gördük ki, yeməklər hazırlanarkən aşbaz xanımlar gigiyenik əlcəklərdən istifadə etmirdilər. Akademiyanın Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Zəfər Qurbanov isə deyir ki, ali məktəbin yeməkxanasında gigiyena qaydalara tam şəkildə riayət olunur. Biz tələbələr arasında tez-tez reydlər keçirir, onların tələb və istəklərini öyrənib, qida məhsullarına, yeməklərə qiymətlər təyin edirik.

Azərbaycan Dövlət Neft Akademiyemiyasının bufetində aşbaz xanım yemək hazırlayarkən

 Zəfər Qurbanov:

 – Azərbaycanın işğal olunmuş müxtəlif regionlarından qaçqın düşmüş soydaşlarımız, eyni zamanda valideynlərini itirmiş tələbə soydaşlarımız kifayət qədər çoxdur. O baxımdan qiymətlərin tənzimlənməsi alınan malların keyfiyyətindən asılı olaraq, eyni zamanda tələbə sosial zənbilinə uyğunlaşdırılıb. Bu gün tələbə 1 manat, 1 manat 50 qəpik civarında, maksimum 2 manat, yəni kompleks  yemək daxil olmaqla, Neft Akademiyasının yeməkxanasında yemək yeyə bilər.

Qərb Universitetinin tələbələri isə bufetdəki yeməklərin keyfiyyət və bahalığından yox, ümumiyyətlə bufetin olmamasından şikayətlənirlər. Ali məktəbin Dizayn fakültəsinin ikinci kurs tələbəsi İlkin Həşimov bildirir ki, təhsil aldığı universitetin bufeti olmadığından tənəffüs vaxtı yemək almaq üçün yaxınlıqdakı marketə gedir və nəticədə dərsə gecikir.

İlkin Həşimov:

–    Orda market var, bir də bu tərəfdə var. Ancaq marketlərə gedirik. Tənəffüsün vaxtından gedir. Bir dənə də müəllin onu nəzərə almır. Mən ikinci kursda oxuyuram. Hələ bufet hazırlanmır. Deyirlər hazır olacaq, hazır olacaq, hələ bufet yoxdur. Deyirlər əvvəllər olub, biz hələ qəbul olmamışdan qabaq. Amma hal-hazırda bufet yoxdur.

Öncəki xəbərNövbəti xəbər

2 şərh

  1. Topiramate Commander Kamagra Pas Cher [url=http://ciali20mg.com]canadian pharmacy cialis[/url] Direct Fedex Shipping Dutasteride On Sale Online Mastercard Amoxicillin And Clavulanate Potassium Augmentin Viagra Tablets

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.