Podkastlar

Unudulmaz Rəşid Behbudov

Azərbaycan müğənnisi, SSR xalq artisti, SSR və Azərbaycan Dövlət Mükafatları laureatı, Sosialist Əməyi Qəhrəmanı, Dağıstanın xalq artisti-Rəşid Behbudov.

Rəşid Behbudov 1915-ci ildekabrın14-də Tiflisdə anadan olub.Uşaq yaşlarından musiqiyə böyük həvəs göstərən Rəşid məktəb xorunda ifa edir.

O, 1933–cü ildə Dəmiryolu Texnikumuna daxil olur və bu müddətdəözfəaliyyət orkestrində çalışmağa başlayır. Hərbi xidmət zamanıordu ansamblındasolistlik edir. Həmin illərdə Tiflisdə “Teo-caz” adlı kiçik ansambl yaradır. Cəbhədə konsertlər verir. Ermənistan Dövlət Caz orkestrində solist olaraq çalışır. Bakıda qastrol səfərində olarkən burada qalmaq qərarına gəlir.

1943-cü ildə“Bakıkinostudiyası” “Arşın mal alan” filmini ərsəyə gətirərkən baş rola Rəşid Behbudovu  dəvət edirlər. Təklifi qəbul edən Behbudov 1945-ci ildə arşınmalçı Əsgər rolunaçəkilir. Film ekranlara çıxdıqdan sonra həm, Azərbaycan həm də, digər Sovet ölkələrində böyük uğur əldə edir.1 il sonra Rəşid Behbudov filmdəki roluna görə “Stalin Mükafatı” ilə təltif olunur.«Arşın mal alan» ona dünya şöhrəti gətirir və yeni yaradıcılıq yolları açır.

1946-ci ildən R.Behbudov Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının solisti olur. 1949-cu ildə Budapeştdə Gənclərin və tələbələrin Ümumdünya festivalında çıxış edir. Sevimli müğənninin səsini eşitmək arzusunda olanların sayı günü-gündən artır. Tofiq Quliyevlə sənət əlaqələri bərkiyir. Behbudovun repertuarında «Azərbaycan», «Neftçi», «Züleyxa» və başqa mahnılar yer alır. O, Fikrət Əmirovun romans və mahnılarını da ifa edir.

“Gözəlim sənsən”, “Ana”, “Sevgilim”, “Gecələr”, “İlk Görüş”, “Bakının ulduzları”, “Evləri var”, “Küçələrə su səpmişəm” Rəşid Behbudovun unudulmaz ifalarındandır.

Onun ifasında daha çox sevilən və hələdə yaddaşlardan silinməyən mahnılarına “Ayrılıq”, “Alagöz”, “Sənə də qalmaz”, “Halvaçı” və başqalarını misal göstərmək olar.

Rəşid Behbudovun Azərbaycan milli kinematoqrafiyasının inkişafında xidmətləri təkcə «Arşın mal alan» kinokomediyası ilə bitmir. O, həmçinin «1001-ci qastrol», «Doğma xalqımıza» (1954), «Toyda görüş», «Abşeron ritmləri» film-konsertlərində və bir çox sənədli filmlərdə və kinojurnallarda çəkilir.

1955 –ci ildə çəkildiyi “Bəxtiyar” obrazıBehbudova yeni şöhrət dalğası gətirir.

Böyük vokal və musiqi-səhnə ustalığına malik olan müğənni Azərbaycanda opera sənətinin inkişafına da sanballı töhfələr verir. Premyerası 25 dekabr 1953-cü ildə olmuş Fikrət Əmirovun “Sevil” operasında əsas qəhrəman –  Balaş rolu Rəşid Behbudova tapşırılır. Bu obraz onun opera-səhnə uğurlarından biri kimi geniş miqyasda təqdir olunur və respublikanın ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilir.

Rəşid Behbudov 1946-1956-ci illərdə Azərbaycan Dövlət Filarmoniyasının, 1953-1960-cı illərdə fasilələrlə Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olur. 1957-1959-cu illərdə Azərbaycan Dövlət Konsert Ansamblının təşkilatçısı və rəhbəri olan Behbudov 1966 –cı ildə Azərbaycan Dövlət Mahnı Teatrını yaradır. Və  həyatının sonunadək bu teatrın bədii rəhbəri olur.Bu, SSRİ-də ilk belə teatr idi.. Müğənni həmin ansamblla 56 ölkəni gəzir. Hazırda həmin teatr Rəşid Behbudovun adını daşıyır.

Rəşid Behbudovun Azərbaycan xalq mahnılarının və Azərbaycan bəstəkarlarının vokal əsərlərinin xarici ölkələrdə populyarlaşmasında böyük rolu olub. Bir çox görkəmli bəstəkarların mahnıları R.Behbudovun ifasında dünya xalqlarının 50-dən çox dilində səslənib. O,Polşa, Finlandiya, İngiltərə, İtaliya, Fransa, Portuqaliya, Belçika,Bolqarıstan, Əfqanıstan, Türkiyə, İraq, Liviya, Hindistan, Çin,Misir, Peru, Argentinavə başqa ölkələrdə olub.

Hindistana səfəri zamanı musiqisi hind bəstəkarı Robi Şankarın, sözləri hind şairi Alama İqbalın  olan “Bütün ölkələrdən ən yaxşısı mənim Hindistanım” mahnısını ifa edir. Bu mahnı onun ifasında daha çox məşhurlaşır və səfərindən sonra  Rəşid Behbudov “Uzaq Hindistanda”adlı kitabını yazır.

1959-cu ildəSSRİ Xalq artisti, 1980-ci ildə isə Sosialist Əməyi Qəhrəmanı adına layıq görülən Rəşid Behbudov  “Lenin Ordeni”, “Qırmızı Əmək Bayrağı” və “Xalqlar Dostluğu” ordenləri ilə də təltif olunur.

Yaşı ötdükcə Rəşid Behbudovun səhhətində problemlər yaranır.Bakıda böyrəyindən aldığı müalicə səmərə vermir və onu Moskva Mərkəzi Klinik Xəstəxanasına göndərirlər. Rusiyaya göndəriləndən çox vaxt keçmir ki,Rəşid Behbudov 1989-cu il iyunun 9-da 74 yaşında vətənindən uzaq – Moskva şəhərində vəfat edir.Müğənninin məzarı Bakı şəhərində, birinci Fəxri Xiyabanda yerləşir.

Rəşid Behbudovun tək qızı Rəşidə Behbudova müsahibələrinin birində atası haqqında bunları deyib: “Təmamilə pozitiv və müsbət bir şəxsiyyət idi. Düşünürəm ki, onun şəxsiyyətində mərhəmətlilik ən böyük amillərdən biri idi. Çünki hansı janrda ifa etməsindən asılı olmayaraq müğənni çox təmiz qəlbə malik olmalıdır. Onun mükəmməl, hətta deyərdim ki, mələk kimi xasiyyəti olub. Rəşid Behbudov qeyri – adi xarizmaya, cazibəyə və təmiz qəlbə malik müsbət xarakterli bir insan idi. O, həyatda sənətdə və yaradılıcıqda bir çoxlarını nail ola bilmədiklərini əldə edib”.

Öncəki xəbərNövbəti xəbər

3 şərh

  1. Geri izləmə: vagragenericaar.org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.