Sosial, Xəbərlər, ZZ-Manşet

Uşaq Hüquqları aylığı çərçivəsində tədbir keçirilib

_MG_8188

Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın təşəbbüsü ilə ənənəvi olaraq, oktyabrın 20-dən noyabrın 20-dək respublikada “Uşaq hüquqları aylığı” keçirilir və bu aylıq çərçivəsində müvafiq qurumlar tərəfindən silsilə maarifləndirmə tədbirləri təşkil olunur.

Növbəti belə tədbir Səbail Rayon İcra Hakimiyyətində fəaliyyət göstərən Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə rayon komissiyası və Rayon Polis İdarəsi tərəfindən «Səbailli gənclər «Ağ ölümə» yox deyir!» mövzusunda  təşkil edilib. Həmin tədbirdə Ombudsman Aparatının şöbə müdiri Faiq Ağayev və sektor müdiri Vəfa Verdiyeva, həmçinin dövlət qurumlarının, rayon ictimaiyyətinin nümayəndələri, 132-134 saylı Təhsil Kompleksinin pedaqoji və şagird kollektivi iştirak ediblər.

Aparatın şöbə müdiri çıxış edərək bu il 25 illiyini qeyd etdiyimiz müstəqil Azərbaycanda Ulu öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən cənab Prezident İlham Əliyev tərəfindən ölkəmizdə uşaqların inkişafına prioritet məsələlərdən biri kimi yanaşıldığını, uşaqların mənafelərinin qorunmasına və onların hüquqlarının təmin olunmasına xüsusi önəm verdiyini, eyni zamanda Heydər Əliyev Fondunun bu sahəyə xüsusi diqqət yetirdiyini vurğulanıb.

O, ölkə Prezidentinin müvafiq Sərəncamları ilə təsdiq edilən Azərbaycan Respublikasında İnsan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramında və “Azərbaycan 2020: Gələcəyə Baxış” İnkişaf Konsepsiyasında əhalinin müxtəlif qruplarının, o cümlədən uşaqların hüquqlarının müdafiəsi, onların inkişafı ilə bağlı tədbirlərin həyata keçirilməsinin nəzərdə tutulduğunu və bu istiqamətdə uğurlu fəaliyyətin həyata keçirildiyini diqqətə çatdırıb.

F.Ağayev uşaq hüquqlarının müdafiəsi ilə bağlı Ombudsmanın çoxşaxəli fəaliyyəti, həmçinin əhalinin müxtəlif qrupları, xüsusilə də uşaq və gənclər arasında sağlam həyat tərzinin geniş təbliği, narkomaniyaya, alkoqolizmə aludə olanların, İİV/QİÇS-ə yoluxan şəxslərin hüquqlarının müdafiəsi və reabilitasiyası  istiqamətində görülən işlər barədə geniş məlumat verərək, bu sahədə mövcud qanunvericilik aktlarını diqqətə çatdırıb.

Müvəkkil tərəfindən müvafiq qurumlara uşaq və gənclərə informasiya-kommunikasiya texnologiyalarından düzgün istifadə vərdişlərinin aşılanması, valideynlərin məsuliyyətinin artırılması, uşaqların mobil telefon vasitəsilə internetdən istifadəsinin təhlükəsizliyinin təmin edilməsi, bu problemlərlə əlaqədar qanunvericiliyin təkmilləşdirilməsi, beynəlxalq sənədlərin ratifikasiya edilməsi ilə bağlı tövsiyələrin verildiyi qeyd edilib.

Ombudsman Aparatının uşaq hüquqları ilə bağlı nəşrləri məktəbə təqdim edilib.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.