Cəmiyyət

“Uşaq mətbuatını yaşatmaq lazımdır”

Əvvəllər  “Tumurcuq”, “Pöhrələr”,  “Xurcun”  kimi uşaq jurnalları və qəzetləri dərc olunur və uşaqlar tərəfindən sevilərək  oxunurdu. Hətta bu mətbu orqanların kifayət qədər abunəçisi də var idi. Bəs görəsən indi də uşaq mətbuatına maraq əvvəlki illərdə olduğu qədərdirmi? Bu suala cavab axtarmağa elə uşaq mətbuat orqanlarının özündən başladıq.

Azərbaycanın ilk uşaq qəzeti olan “Pioner” indi “Savalan” adi ilə fəaliyyət göstərir.  Qəzetin redaktoru Eldar Əliyev deyir ki, qəzet  həftədə iki dəfə, rəngli tərtibatda dərc olunur və 20 qəpiyə satışa çıxarılır.  O, “Savalan”da öyrədici materiallara üstünlük  verildiyini həmçinin, bütün milli qəhrəmanlar haqqında məlumat verən  yeganə  uşaq qəzeti olduğunu bildirir.  Eldar bəy onu da qeyd edir ki, cəmiyyətin inkişafı üçün uşaq mətbuatı  çox vacibdir.

Eldar  Əliyev:

–         Bizim üstünlüyümüz ondadır ki, biz dövlətin yeganə uşaq qəzetiyik  yəni biz büdcədən maliyyələşirik. İndi özəl qəzetlər çoxdur,rəqabət olmalıdır,  mən başa düşürəm, təmiz rəqabət olmalıdır. Ancaq  hər halda biz bu dövlətdə yaşayırıqsa, birinci bu dövlətin qəzetini almalıyıq, sonra özəllərə üstünlük verməliyik. Biz bunu anlada bilmirik. Yəni inkişaf üçün, dövlətçilik nöqteyi nəzərdən dövlət qəzetlərin  yaşatmaq lazımdır.

“Göyərçin” jurnalının baş redaktoru Rafiq Yusifoğlu isə  jurnalın 1500  tirajla çap olunduğunu və 1 manata  satıldığını deyir.  Uşaq mətbuatının inkişafı üçün maliyyə və reklam olmasının vacibliyindən danışan redaktor qeyd edir ki, hər şeydən əvvəl valideynlər övladlarına jurnal almaqda maraqlı olmalıdırlar.

Rafiq Yusifoğlu:

–         Təkcə uşaq mətuatının deyil, ümumiyyətlə jurnalların tirajının aşağı düşməsi günümüzün ən böyük problemidir. Təəssüf edirəm ki, Azərbaycanda  valideynlərin çoxu öz balalarına uşaq mətbuatı almağa bir qədər xəsislik edirlər. Təsəvvür edin ki, qiyməti 1 manatdır, 10 manata, 20 manata, 50-100 manata uşağa oyuncaq alırlar və valideyn düşünmür ki, mətbuat, jurnal almaq nə qədər lazımdır.

5 aydır ki, fəaliyyət göstərən “Ağıllı Bala” jurnalının baş redaktoru Fatimə Yusifovanın sözlərinə görə jurnal 2000 tirajla çıxır və yalnız 50 faizi satılır.  O, uşaq mətbuatının satılmamasının günahının mətbuat yayım firmalarında olduğu fikrindədir.

Fatimə Yusifova:

–         Mətbuat yayım firmalarının da təbii ki, hamısına şamil etmirəm, amma bir çoxları var ki, nəşrləri təqdim etmirlər, məsələn bu jurnal təzə çıxıb, mənim mətbuat yayım firması olaraq  30 min abunəçim varsa və mənə 100 nüsxə verilibsə, satmaq üçün, bir ay ərzində 30 min abunəsi olan mətbuat yayım firması 100 jurnalı sata bilmirsə bu artıq onların iş prinsipinin düzgün olmadığından xəbər verir.

“Qasid” mətbuat yayım firmasının nümayəndəsi Şəhla Vəliyeva isə deyir ki, qəzet və jurnallar köşklərə təlabata görə verilir. O, əvvəllər firmanın köşklərinin məktəblərə yaxın ərazilərdə yerləşdiyini buna görə də valideynlərin alıcılıq qabiliyyətinin yüksək olduğunu bildirsə də indi vəziyyətin dəyişdiyini söyləyir.

Şəhla Vəliyeva:

–         Gərək o jurnalları tələb etsinlər ki, köşkçülərimiz də onu satsınlar. Əgər köşkdən tələbat yoxdusa necə gəlib götürsün o jurnalları, kimə satsın, əgər alıcı yoxdusa kimə satsın? Əvvəl bizdə satış yaxşı idi. Amma indi yox, indi bizim köşkləri şəhər daxilindən götürüblər, yeni köşklərlə əvəz ediblər, onu da bizə verməyiblər. İndi yeni köşklərdə də müxtəlif yeyinti məhsulları satılır,qəzet əvəzinə.

Bəs görəsən valideynlər niyə uşaqlarının oxuması üçün qəzet və jurnallar almırlar? Bu sualla valideynlərə müraciət etdik.

-Jurnal almıram, internetdən oxuyuram. İnternetdə var hər şey.

-Vallah vaxtım olmur ki, heç jurnal alam, yalan deyərəm.

-Məktəbdən verirlər, bilmirəm hansı jurnaldı, yadımdan çıxıb vallah, üstündə də kukla qoyub verirlər.

Adının çəkilməsini istəməyən bir valideyn isə əvvəllər övladlarına tez-tez uşaq jurnalları aldığını desə də son zamanlar jurnalların keyfiyyəti onu və uşaqlarını qane etmədiyindən jurnal almağı dayandırdığını bildirir.

–         Uşaqlar balaca olanda “Bala dili”, “Elli” jurnallarını alırdıq,  uşaqlar bir az böyüyəndən sonra “Xurcun” jurnalını almağa başladıq, amma orada o qədər orfoqrafiq, qrammatik səhvlərlə rastlaşdıq ki, uşaq özü  jurnalı götürüb gəlirdi ki, axı bu belə yazılmamalıdır, axı bu belə olmamalıdır.

Uşaq psixoloqu Anarə Baxşəliyeva isə mütaliənin uşaqlar üçün vacib olduğunu və bunun uşaqların cəmiyyətə daha  yaxşı adabtasiyasına kömək etdiyini bildirir. O valideynlərə məsləhət görür ki, övladlarının oxuması üçün internetə yox, daha çox jurnal və qəzet almağa üstünlük versinlər.

Anarə Baxşəliyeva:

–         Mütaliə mütləq vacibdir. Hər bir uşaq yaşından asılı olmayaraq oxumağa hazırlanmalıdır. Uşaqlar ana bətnindən oxumağa eşitməyə hazırlanmalıdır. Deyək ki, bir uşaq 4-5 ci sinifdə oxuyur, savadlıdır, zəkası əladır, amma oxumaq istəmir, ya da oxuyur amma dərsi danışa bilmir, bu bilirsiz nədən irəli gəlir, çünki uşaq bir başa kitabla kontaktda olmayıb, birbaşa jurnal oxumayıb.

Qeyd edək ki, 2011-ci ildə Qadın Jurnalistlər Assosiasiyasının təşəbbüsü ilə uşaq mətbuatının inkişafına dəstək məqsədi ilə komitə yaradılıb. Assosasiyanın rəhbəri Sevil Yusifovanın sözlərinə görə komitə tərəfindən təkliflər paketi hazırlanıb ki, burda da  uşaq mətbuat orqanlarına dövlət dəstəyinin ayrılması, uşaq televiziyasının  açılması  kimi məsələlər öz əksini tapıb. Sonradan bu təkliflərin müxtəlif dövlət orqanlarına göndərildiyini və müsbət nəticə verdiyini deyən Sevil xanım komitənin hazırda fəaliyyət göstərmədiyini bildirir.

Sevil Yusifova:

– Bildiyiniz kimi,Ailə,Uşaq və Qadın Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı Respubilka Uşaq Forumunu keçirildi. Biz qaldırdığımız məsələlərin bir çoxunu sonda onların qərarlarında gördük. Komitənin bu işə qayğı ilə yanaşması və uşaqların dilində bunu səsləndirməsindən sonra  biz artıq, dövlət özü maraqlanır deyə kənara çəkildik, yəni dövlətin üzərinə buraxdıq.

Sevil xanım yazılı mətbuatın maliyyə problemlərini nəzərə alaraq dövlət dəsətəyinin ayrılmasının vacibliyini qeyd edir. Həmçinin, bütün uşaq qəzetləri və jurnallarına maliyyə dəstəyinin ayrılmasının mümkünsüz olduğunu vurğulayan Sevil Yusifova, məsələnin həllini dövlət tərəfindən xüsusi komitənin yaradılmasında və uşaq mətbuat orqanları arasında monitorinqlərin keçirilməsində görür.

Öncəki xəbərNövbəti xəbər

10 şərh

  1. Geri izləmə: vagragenericaar.org
  2. With havin so much content do you ever run into any issues
    of plagorism or copyright violation? My website has a lot of unique content
    I’ve either authored myself or outsourced but it appears a lot of it is popping it up
    all over the internet without my agreement. Do you know any techniques to help stop content from
    being ripped off? I’d definitely appreciate it.

  3. Hi! Quick question that’s completely off topic. Do you know how to make your
    site mobile friendly? My website looks weird when viewing from my
    apple iphone. I’m trying to find a template or plugin that might be able to fix this issue.
    If you have any recommendations, please share. With thanks!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.