Cəmiyyət

Uşaq mahnıları niyə dinlənilmir?

Murad Sedyarov:

–      “O, mənim olmalıdır hamı bilsin” … (mahnı sözləri)

Bu mahnını oxuyan 10 yaşlı Murad Sedyarovdur.  Murad deyir ki, o, uşaq mahnılarını bilmir, ancaq ara mahnıları dinləyir. Səbəbi isə özünü uşaq saymamasıdır.

– Murad uşaq mahnısı bilirsən?

– Uşaq… Mən uşaq deyiləm.

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi İmruz Əfəndiyeva azyaşlıların uşaq mahnıları bilməməsinin günahını valideynlərdə görür. Onun fikrincə valideynlər kiçik yaşlarından uşaqları belə mahnılara həvəsləndirməli, onlarda məhəbbət  oyatmalıdırlar.

İmruz Əfəndiyeva:

Hesab eliyirəm ki, bu sahədə kimdir taxsır onların valideynləri. Nə üçün valideyinlər televizoru açırlar uşaqların qarşısında göstərirlər. Valideyn gərək biraz səbrli olsun, o, gərək özü uşaqla necə deyərlər məşğul olsun onun tərbiyəsilə. Mən deyərdim bir yaşından başlayaraq mahnıya onun sevgisini göstərsin. 

Məsələ ilə bağlı valideynlər arasında sorğu keçirib, onlardan övladlarının uşaq mahnıları bilib-bilmədiklərini soruşduq.

Mehriban Əhmədova:

Mənim qızım bizim klassik estradaya meyillidir ona görə o musiqilərə qulaq asır. Uşaq musiqilərinə deməzdim, çünki səslənmir bizdə uşaq  musiqisi eledə ona görə də demək olar ki, qulaq asmır.

Metanət Qurbanova:

Nə bilim vallah ele meyxananı soruşun deyəcəklər yəqin bizik də səbəbi ki öyrətməmişik.

Ənvər Əhmədov:

Maariflənmə yoxdur. Kanallarda, radiolarda yəni uşaqlara aid heç bir musiqi verilmir. Cizgi filmləri olmalıdır ki, ona uyğun onlara baxıb uşaqlar nəyi isə əzbərləsinlər. Hal-hazırda türk, ya rus kanallarında gedən cizgi filmlərinə baxıb onların mahnısını mənimsəməyə çalışırlar. Azərbaycan cizgi filmləri olsa onlara baxıb ordan hər hansı bir mahnı götürüb  bəyənib onu öyrənə bilərlər.

Psixoloq  Anara Baxşəliyevanın sözlərinə görə uşaq mahnıları dinləməmək onların psixologiyasına mənfi təsir göstərir. O, deyir ki, valideynlər bu məsələyə həssas yanaşmalı və öz övladlarına uşaq mahnıları öyrətməlidirlər.

Anara Baxşəliyeva:

Çünki onları yönləndirsək uşaq manılarına təbiki uşaqlar həmin şeyləri də götürəcək. Psixologiyalarına isə təbiki uşaqların psixologiyasına biraz  mənfi təsiri onda göstərir ki, anlamlarını bilmədiyini, tam varmadığı çünki belə deyəkdə mahnıların tərkibində sevgi var və yaxud  nəyəsə üsyan var və yaxud da əyləncə xarakterli bu cür şeylər var. Uşaqlar daha çox böyüməyə meyilli olurlar.

Uşaq Mahnı Teatrının və Uşaq Flarmoniyasının bədii rəhbəri, bugünədək 300-dən artıq uşaq mahnısının bəstəkarı olan Oqtay Zülfiqarov isə deyir ki, indiki uşaqlar uşaq mahnıları dinləmir. Bəstəkarın fikrincə bunun da əsas səbəbi televiziyalarda təbliğatın olmamasıdır.

Oqtay Zülfiqarov:

Cavanlardakı maraqlanırlar hop-hop eliyən  mahılarnan o bütün dünyada var ee. mən həmişə deyirəm türk mahnıları televizorda da, mutfilmlərdə türk mahnıları gedir. İndi hamısı onu sevir mod olub. Amma bunlar yaşamayacaq bunlar hamısı ölüb gedəcək. Yaxşı mahnılar həmişə qalacaq.

O, indiki bəstəkarların uşaq mahnılarına niyə müraciət etmədiklərinə də aydınlıq gətirdi. Bunun əsas səbəbini  belə mahnıların qazanc gətirməməsi ilə əlaqələndirdi.

İctimai Televiziyanın musiqi və bədii əyləncəli verlişlər departamentinin direktoru Natiq Abdullayev isə deyir ki, İctimai Televiziyada uşaq mahnılarına və uşaq verilişlərinə ayrıca saat ayrılır. Ancaq, azyaşlıların uşaq mahnıları bilməmələrinin səbəbkarı nə bəstəkarlar, nə də ki televiziya kanallarıdır.

Natiq Abdullayev:

Bu dövrün özünün  bir  ab-havası belədir. Yəni bu dəqiqə həddindən artıq çoxlu kanallar Azərbaycanda nümayiş olunur, həddindən artıq böyük musiqi  yarışmaları nümayiş olunur. Bunların əksəriyyəti xarici kanallarda olur və onların həm musiqinin özünün səviyyəsi, həm səslənməsi, həm səhnə performansı daha cəlbedici olduğuna görə istər-istəməz uşaqlarda belə deyək də  onların beyni yazılmamış  belə bir kağızdır ən yaxşısı nədirsə onu götürürlər.

Öncəki xəbərNövbəti xəbər

6 şərh

  1. Geri izləmə: vagragenericaar.org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.