Xəbəriniz olsun, Xəbərlər

Uşaq yaddaşı

Kanadalı alimlər uşaqların körpəlikdə baş verən hadisələri niyə unutduqlarını izah etdilər. Bu hal “infrantal amneziya” adlanır. “İnfrantal amneziya”ya səbəb beyində yeni sinir hüceyrələrin yaranmasıdır. Uşaqlar dünyaya gələndən və körpəlikdən sonra bu hüceyrələr sürətlə formalaşır. Lakin uşaqlar böyüdükcə bu proses  dayanır və yeni neyronlar yarandıqca, köhnə xatirələr silinir. Bu səbəbdən insanlar körpəlik dövrünü xatırlamırlar.

s_knigoi_po_gizni

 

Alimlər bu nəticəyə siçanlar üzərində apardıqları təcrübədən sonra gəldilər. Siçanları yügül cərəyan keçirdikləri otağa salırdılar. Bir müddət sonra, onları yenidən həmin otağa salırdılar. Əgər siçanlar həmin otağı tanıyırdılarsa, o zaman yerlərində donub qalırdılar və hərərkət etməyə qorxurdular. Yaşlı siçanlar həmin otağı bir aya, körpə siçanlar isə bir gün sonra unudurdular. Daha sonra alimlər siçanların beynində yaddaşın formalaşması üçün  yeni hücüyrələrin yaranma prosesini tezləşdirdilər və eksperimenti yenidən keçirdilər. Aydın oldu ki, siçanlar otaqda olan qorxunc hadisəni daha da tez unudurlar və əksinə: yeni neyronların yaranma prosesi yavaşlayanda onlar həmin otağı daha uzun müddət xatırlayırlar.

Xatırladaq ki, böyüklər üçün yaddaşı gücləndirməyə kömək edən bir neçə vasitə var. Bir müddət öncə alimlər kofeyinin yaddaşı gücləndirdiyini araşdırdılar. Şokolad, çay və çaxır da bu xüsusiyyətə malikdir. Həmçinin, yaddaşı gündəlik vitamin qəbulu da qoruyur.

Tərcümə etdi və hazırladı: Pərvanə Sadıqova

www.vokrugsveta.ru

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.