Müsahibə, Sosial, ZZ-Manşet

“Uşaqlara dərmanlar mütləq həkim nəzarətində verilməlidir”

Derman-hebler

Abşeronda iki azyaşlı dərmandan zəhərlənib.

Xırdalan şəhər sakini, 1 yaşlı Nadir Novruzov və Abşeron sakini 2 yaşlı Həmid Mayilov dərman zəhərlənməsi ilə xəstəxanaya daxil olublar.

Hər iki faktla bağlı araşdırma aparılır.

Uşaqların dərmandan düzgün istifadə edilməsi ilə bağlı GSR.fm-ə uşaq pediatrı Şəlalə Orucova məsləhətlərini bölüşüb:

“Dərmanlar müxtəlifdir. Uşaqlara dərman verərkən dozaların miqdarına diqqət yetirmək lazımdır. Dərmanın qəbul vaxtı ötdükdə başqa dərmanlarla bir vermək olmaz. Çünki, dərmanların qana təsir müddəti var. Qanda dərmanın miqdarı maksimum həddə çatanda artıq zəhərlənmə baş verir.

Dərman alarkən haradan aldığımıza önəm verməliyik. Hər dərmanın özünün Səhiyyə Nazirliyi tərəfindən vurulan nişanları mövcuddur. İstehsal tarixinə və hansı şəraitdə saxlanmalı olduğuna nəzər yetirilməlidir. Bəzi dərmanlar soyuducuda saxlanmalı, günəş şüalarından qorunmalıdır. Bunların hamısına diqqət yetirilməlidir”.

Sonda isə Şəlalə xanım bildirib ki, uşaqlara dərmanlar mütləq həkim nəzarətində verilməlidir.

Qeyd edək ki, Şəlalə Orucova “İndigo” uşaq bağçasının pediatrıdır.

Öncəki xəbərNövbəti xəbər

3 şərh

  1. Geri izləmə: vagragenericaar.org
  2. Geri izləmə: cheap viagra pills online
  3. Geri izləmə: viagra prices

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.