Müsahibə, Sosial, ZZ-Manşet

“Uşaqlarda əsəbilik hər zaman xəstəlik demək deyil”

163610-425x283-doctor-and-child

Müxtəlif yaş dövrlərində uşaqlarda  aqressiv davranışlar olur. Uşaqlarda bu cür aqressiv hərəkətlər barədə Gsr.fm-ə müsahibə verən uşaq psixiatrı Vəfa Şirinova bildirib ki, bu proses istənilən yaş dövründə özünü biruzə verə bilər:

“Bəzən valideynlər uşaqlarının sözlərinə baxmadıqlarından şikayətlənirlər və nevroz olduğunu düşünüb dərman yazılmasını istəyirlər. Ancaq nevroz ciddi diaqnozdur, bir xəstəlikdir. Hər uşağın istənilən kaprizləri ola bilir. Bu hər zaman xəstəlik demək deyil. Bəzi uşaqlarda nəyisə istəməmək, ağlamaq, qışqırmaq və ya ana-atalarına qarşı aqressiyaları olur. Bu da valideynlərdə nevroz yaradır. Belə vəziyyətlərdə mütləq ailə araşdırılmalı, uşağın hansı durumlarda özünü necə apardığı müəyyən edilməlidir.”

Vəfa xanım onu da qeyd edib ki, belə vəziyyətlərdə valideynlər əsəblərini cilovlamalıdırlar:

“Valideynlər işdə və  ya ailədə olan gərginliklərinin acığını uşaqlardan çıxmamalıdırlar. Onların nə demək istədiklərini, niyə belə davrandıqlarını öyrənməlidirlər. Hər hadisənin kökündə mütləq bir açıqlama dayanır. Uzun sözün qısası, valideynlər səbrli, səmimi və təmkinli olmalıdırlar.”

Bağçalarda hər bir uşağa xüsusi münasibət göstərildiyini deyən psixiatr uşaq əsəbi olduğu halda ailənin və psixoloqların iştirakı ilə bunu həll etməyə çalışdıqlarını da qeyd edib.

Öncəki xəbərNövbəti xəbər