Müsahibə, Sosial, ZZ-Manşet

“Uşaqların ana ilə qalması daha məqsədə uyğundur”

musahibe_ramil“Neçə illərdir təcrübə vardır ki, uşaqların anaları ilə qalmaları daha çox faydalıdır”

Bu sözləri  Ailə Məcəlləsinə edilən dəyişikliklərdən biri-boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması ilə bağlı GSR.fm-ə müsahibəsində Hüquqşunas Ramil Qaçayev deyib. O bildirib ki, məhkəmə təcrübəsinə əsasən azyaşlı uşaqlar anaları ilə qalırlar:

“Ananın pisixi problemi yoxdursa, narkoman deyilsə, içki içən deyilsə, məhkmə adətən uşaqları analarına verir. Lakin təbii ki, ata həftədə bir neçə saat uşaqla görüşə bilər. Uşaqların hüququ vardır ki, valideyn seçimi etsin. Uşaqların razılığı ilə onlar istədikləri valideynləri ilə qala bilərlər. Atalar isə istəyirlər ki, uşaqları ilə daha çox vaxt keçirsinlər. Lakin təcrübələr göstərir ki, uşaqların ana ilə qalması daha məqsədə uyğundur. Xüsusilə də az yaşlı uşaqların.  Fərqi yoxdur, görüşsələr də, görüşməsələr də aliment öhtəliyi ataya verilir.

Müsahibimiz Ramil bəy bu qərarın boşanma hallarına təsirindən də danışdı:

“Bu cür qərarlar daha əvvəldən qəbul olunub və boşanmaya təsiri yoxdur. Boşanmaya təsiri bəllkə də o ola bilər ki, boşnma prosesinin özünü çətinləşdirirsən. Yəni əhəmiyyətli səbəb olmalıdır ki, həqiqətən də bu şəxslərin bir yaşaması mümkün deyil. Yaxud da daha xərcli olsun. Məsələn Türkiyədə və başqa ölkələrdə iddia qaldıran şəxs həmişə daha çox xərc çəkir, nəinki cavabdeh tərəf”.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.