GSR fm, Reportaj, Təhsil, ZZ-Manşet

“Uşaqların hər birini “Çərpələng” olaraq gördük”

Çərpələng sözünü eşidərkən artıq ağlımıza təkcə oyuncaq yox, yardıma ehtiyacı olan uşaqlar üçün yaradılmış “Çərpələng” təhsil qurumu da düşür. “Çərpələng”in yaradılma məqsədi yardıma ehtiyacı olan uşaqları məktəbəqədər təhsil kursuna cəlb etməkdir. Kurs Azərbaycan Uşaqlar Birliyi İctimai  Təşkilatının nəzdində olan uşaq sığınacağında yerləşir. Bizi burada “Çərpələng”in yaradıcısı Turan xanım qarşılayır. Turan xanım sığınacağa daxil olarkən,  uşaqların üzündə yaranan sevinci görmək heç də çətin deyil.

IMG_0966pO,  bildirir ki, “Çərpələng”in yaranması tamamilə təsadüf nəticəsində olub:

“Çərpələngin artıq bir yaşı tamam oldu. Keçən ilin iyul ayında mən, təsadüfən sosial şəbəkədə bu sığınacağın varlığı və uşaqların varlığı barədə xəbər tutmuşdum. Uşaqlara baş çəkdim, təhsilsiz olduqlarını gördüm. Bu uşaqlar üçün ən uyğun modelin məktəbəqədər olduğunu düşündüm. Sosial şəbəkələrdə elan verdik. Ətrafdakı insanlar, dostlar, tanıdığımız, tanımadığımız insanların yardım etməyə hazır olduqlarını gördük və ianələr artıq bəlli bir miqdara çatanda anladıq ki, bunu bir sinif otağına çevirə bilərik”.

Hazırda sığınacaqda 20 nəfər uşaq var və onların 11-i məktəblidir. Müsahibimiz qeyd edir ki, burada dərs deyəcək müəllimlərin ilk olaraq ixtisasına və bu sahədə təcrübəsinin olub-olmamasına diqqət yetirilir. Həmçinin, buradakı uşaqların həssas olduqlarını nəzərə alıb, onların uşaqlarla işləmə qabiliyyətini də yoxlayırlar.

“Uşaqların ilk nailiyyəti təhsil almaqlarıdır. İlk zamanlar uşaqlar öz aralarında qrup oyunlarını belə oynaya bilmirdilər. Uşaqlar ilə müxtəlif  bayramlar qeyd etdik. Gül əkmək, bitki əkmək aksiyası keçirdik. Uşaqların müdafiəsi günü, uşaq alverinə qarşı tədbirlər keçirtdik, onların sosial həyatları oldu”.

IMG_0948p

Turan xanım qeyd edir ki, “Çərpələng”in bir yaş tədbiri üçün xoreoqrafa, uşaqların geyimlərinə lazım olan məbləği ətraflarında olan insanların sayəsində toplayıblar. Konsertdən əldə olunan gəlir isə bir il ərzində uşaqların məktəb xərclərini qarşılamağa sərf ediləcək.

Müsahibimiz “Çərpələng”lə bağlı gələcək planlarından da danışır. Bütün planları həyata keçirmək üçün isə insanların dəstəyinə ehtiyac olduğunu vurğulayır:

“Gələcək planlar “Çərpələng”i bütün bölgələrimizdə görmək istəyərik. Çərpələnglə ölkədə olan çox böyük şirkətlərin sosial məsuliyyət proqramları çərçivəsində əməkdaşlıq etməklərini istəyərdik. Buranı böyütmək istəyərik. Çərpələngin nəzdində az təminatlı ailələrin uşaqlarını məktəbəqədər təhsillə təmin edəcək qurum yaratmaq istəyərik. Yəni “Çərpələng”in planları çoxdur, yetər ki, insanlar dəstək olsunlar”.

Sonda müsahibimiz niyə məhz  “Çərpələng” adını seçdikləri barədə də danışır. O deyir ki, toplanan vəsaitin tədris otağı yaratmağına imkan verdiyini gördükdə biz buraya ad qoymaq qərarına gəldik:

“Əgər külək olmasa, çərpələnglərə təkan verməsəniz o havada dayana bilməz, yəni ki, mövcud ola bilməz. Bu uşaqların da hər birini bir çərpələng olaraq gördük. Belə bir şüarla işə başladıq. İnsanlar nəfəs üfürürlər və bu çərpələnglər daim havada qalırlar, yəni yaşıyırlar. Mənası odur ki, insan həyatı qazanarıq biz, onları cəmiyyətə qazandırırıq”.

IMG_0986p

Qeyd edək ki, sığınacaq müvəqqəti yaşam üçün nəzərdə tutulub. Burada yaşayan uşaqlar polis təyinatı ilə buraya gətirilir. Bir müddət keçəndən sonra İcra hakimiyyətinin göndərişi ilə uşaq evlərində yerləşdirilir.


Hazırladı:

Zəkiyyə Məmmədova

Kəmalə Fətullayeva

 

Öncəki xəbərNövbəti xəbər