Müsahibə, Sosial, ZZ-Manşet

“Valideynlər uşaqlara tualet vərdişlərini öyrətməlidirlər”

Enurez-u-detejUşaqlarda  ən çox rast gəlinən hallardan biri enurezdir. Enurez uşaqlarda sidik saxlamama kimi bir patologiyadır. Bu barədə GSR.fm-ə müsahibə verən “İndigo” uşaq bağçasının pediatrı Şəlalə Orucova bildirib ki, uşaqlarda belə hal  4-5 yaşına qədər müşahidə olunursa, bu normal qəbul edilməlidir:

“Adətən uşaqlarda gecə enurezinə rast  gəlinir. Əgər bu, uşaqlarda gündüzlər də baş verirsə, məsələyə daha ciddi yanaşmaq lazımdır. 4-5 yaşından yuxarı olan uşaqlarda sidik saxlamama kimi problem olduğu halda, valideynlər həyəcan təbili çalmalıdırlar. Öncə uşaqların yaş xüsusiyyətlərini, rejimini, qidalanmasını nəzərə almaq lazımdır. Məsələn, yay mövsümündə qarpızdan və ya başqa qidadan bədəndə olan mayenin miqdarı arta bilər. Yaxud uşaq  yatana yaxın çox su içə bilər. Bu kimi səbəblərdən uşaq sidiyə gedərsə, bu normaldır. Əgər belə hal daim baş verirsə,  su və ya başqa qidadan olmursa, valideynlər mütəxəssislərə müraciət etməlidirlər: uşaq uroloqları, pediatrlar, həmçinin nevropatoloqlar”.

Şəlalə xanım onu da qeyd edib ki, enurezə səbəb olan amillərdən biri də uşaqlara düzgün tualet vərdişlərinin vaxtında öyrədilməməsidir:

“Uşaq əgər normal inkişaf edirsə, 1 yaş 3 ayından sonra valideynlər tualet vərdişlərini öyrətməlidirlər. Təbii ki, tez olmağı daha təqdirəlayiqdir. Analar uşaqlara bu vərdişi sevdirməlidirlər ki, onlarda hər hansısa psixoloji travma olmasın”.

 

Öncəki xəbərNövbəti xəbər

2 şərh

  1. Geri izləmə: vagragenericaar.org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.