Xəbəriniz olsun, Xəbərlər

“Van Qoq sindromu”

Dünya şöhrətli niderland rəssamı Vinset Villem Van Qoq 30 mart 1853-cü ildə doğulub. 27 yaşında rəssam olan Van Qoq 37 yaşında vəfat edir. Onun məhsuldarlığı ağlagəlməz idi – gün ərzində bir neçə rəsm çəkə bilirdi: peyzaj, natürtmort, portret. Onu müalicə edən həkim yazırdı: “Tutmaların arasında olan fasilələr zamanı xəstə tamamilə sakit olurdu və ehtirasla özünü rəsm sənətinə həsr edirdi”.

gogh_120314

 

Ailənin böyük övladı olan Van Qoqun uşaqlıqdan zidd təbiəti  vardı – evdə gələcək rəssam dəlisov və çətin uşaq, ailədən kənar isə sakit, utancaq və ciddi olurdu.

Daha sonralar rəssamda şəxsiyyətin ikiləşməsi hiss olunur – o, ailə və uşaqlar haqda arzulayırdı, lakin özünü incəsənətə həsr etmişdir. Psixi xəstəliyi ömrünün son illərində özünü daha çox biruzə verirdi: Van Qoq gah güclü ağıl çatışmazlğı sindromları keçirirdi, gah da, çox məntiqli və ağıllı düşünürdü.

Rəsmi açıqlamalara görə, rəssamın ölümünə onun  fiziki və mənəvi ağır olan həyat tərzi səbəb olub.

image009

 

Van Qoq 29 iyul 1890-cı ildə vəfat edib. Ölümündən 2 gün əvvəl, o, rəsm çəkmək üçün Over-syur-Uazdaya gəzintiyə çıxır. Rəssam plenerdə işlədiyi zaman quşları qovmaq üçün aldığı silahla ozünü ürək nahiyəsindən vurur. Sərbəst şəkildə xəstaxanaya gedən Van Qoq, 29 saatdan sonra, qan itkisindən dünyasını dəyişir.

Rəssamın psixi xəstəliyində sirli məqamları çox idi. Məlumdur ki, psixi sarsıntılar zamanı rəssam əsəbi olurdu, boyaları yeyirdi, saatlara otağında qaçır və donub yerində dayanırdı. Van Qoqun öz sözlərinə görə, o, həmin zaman çəkəcəyi rəsimləri görürdü.

Həkimlərin rəssamın xəstəliyi haqqında fikirləri müxtəlif idi. Feliks Rey hesab edirdi ki, Qoq, epilepsiya xəstəsidir. Sen – Remi psixiatrik klinikasının həkimi Peyrom düşünürdü ki, rəssam kəskin ensefalopatiyadan əziyyət çəkir.

Rəssamda psixozun yaranma səbəbi qəbul etdiyi absent (alkoqollu içki) idi. Bu maddə insanın orqanizminə daxil olanda əsəb sinirlərinə toxunur və psixi xəstəliyinin əlamətləri müşahidə olunmağa başlayır.

Vincent van Gogh_23

 

“Van Qoq sindrom” diaqnozu xəstələrə, özlərinə zədə vurduğu və təkidlə həkimdən cərrahiyyə əməliyyat olunmağını istəyən halda qoyulur. Deyilənlərə görə, Van Qoq qulağında olan dözülməz səslərə görə, qulağını kəsib.

Lakin bu hadisənin başqa variantları da var. Bunların birində deyilir ki, rəssamın qulağını, aralarında baş verən davadan sonra dostu Pol Qoqen kəsib. İncəsənət tarixçilərin araşdırmalarına görə, polis protokolunda davadan sonra Pol Qobsekin evə getməməsi və həmin gecə mehmanxanda qalması haqqında ifadəsi var.

Kefi pozulmuş Van Qoq isə qulağını kəsib, bordele gedərək onu tanış fahişəyə göstərib. Həyatında baş verən məhz  bu epizod onun ürək sarsıntısına və daha sonra suiqəsd etməsinə səbəb olur.

Ümumilikdə, tədqiqatçılar hesab edirlər ki, dahi rəssam depressiyadan əziyyət çəkirdi: səslər eşitmələrinə, absent qəbuluna, əsəbi sarsıntıya və nəticədə şizofreniya xəstəliyinə səbəb ola bilərdi.

Bu xəstəlikdən N.Qoqol, A.Düma-oğul, E.Heminquey, A.Dürer də əziyyət çəkiblər.

ван гог-2

 

Tərcümə etdi və hazırladı: Pərvanə Sadıqova

mif-facts.com.ua

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.