İctimai Fikir, ZZ-Manşet

Vaqif Şıxəliyev: “Tənqidi qəbul eləmirəm”

Sorğumuzu dinləmək üçün “Play” düyməsini klikləyin. Aşağıda isə sorğunun mətni ilə tanış ola bilərsiniz.

İnsanları bir – birindən fərqləndirən cəhətlərindən biri də onların xasiyyətləridir. Biz də GSR.fm olaraq bu həftə məhşurlardan “Hansı xasiyyətlərini bəyənmədiklərini?” soruşduq.

Eldar Mansurov: Mənim xasiyyətim indi əmələ gəlməyib. Vallah nə var hamısı mənimdir. Pisi də, yaxşısı da mənimdir. Onların hamısı mənim olduğuna görə hamısını bəyənirəm.

Roza Zərgərli: Xasiyyətimdə hər kəsə inanmağımı bəyənmirəm.

Eldəniz Məmmədov: Hər insanda çatışmayan xüsusiyyət var. Məsəlçün biri ilə küsülü oluramsa, bir az inciməkliyim var. O gəlib məndən üzr istəsə mən onu bağışlayaram, gəllib üzr istəmirsə onunla illərlə küsülü qalaram

Dilarə Əliyeva: Hər hansı bir məqamda görürsən ki, hövsələsizlik edirəm. Məsələni axırına qədər çözməmiş, özüm özüm suallar verirəm, cavablar verirəm. Özüm özümdə qururam, qururam, hər şeyi  eliyirəm, əsəbləşir. Sonra vaxt, zaman gəlir ki hər şey mənim düşündüyüm kimi deyilmiş. Vaxtından qabaq heç nəyi bilməmiş incimək – bax bu xarakterimi bəyənmirəm. Həmişə tələsirəm.

Vaqif Şıxəliyev: Tənqidi qəbul eləmirəm, bir də kimsə üstümə nə isə deyəndə qəbul eləmirəm.

Zöhrə Abdullayeva: Hövsələsizəm, səbrsizəm vəssalam. Qalan hər şey yaxşıdı, xasiyyətim əladı. Vəfasız deyiləm, paxıl deyiləm, möhkəm dostluğum var, xəyanəti bağışlamıram, vəssalam. Bircə nöqsanım odu ki, səbrsizəm.

Əli Mirəliyev: Düzgünlüyü axtarmağımı bəyənmirəm. Mən hələ müğənni deyildim, kasıb bir ailədə böyüyən uşaq idim həmişə çalışırdım ki düzgün yaşayım. Kimisə aldatmıyım sözün düzünü deyim. Yəni bugün mən artıq görürəm ki bugünkü zamanla uyğunlaşa bilmirəm. Düzgün olmaq çətindi.

Arzu Mələk: Qısqanclıq məndə var. Birazda ola bilər ki, normadan da artıq qısqanıram. Bu məndən asılı olmayan bir şeydir. Bunu özüm də bəyənməsəm də amma bu mənim xüsusiyyətimdi. Bunu tərgidə bilmirəm.

Öncəki xəbərNövbəti xəbər