İqtisadiyyat, ZZ-Manşet

Vaxtı keçmiş kreditlərin həcmi 750 mln. manata çatıb

pul-manatAzərbaycanda fəaliyyət göstərən kredit təşkilatlarının kredit qoyuluşların həcmi 2014-cü ilin sentyabrın 1-nə 17 308,9 mln. manat təşkil edib.

GSR.fm APA-ya istinadən xəbər verir ki, bu göstərici 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 2 853,8 mln. manat və ya 19,74% çoxdur.

Kredit qoyuluşların sahələr üzrə tərkibində ən iri həcmi yenə də istehlak kreditlərin payına düşür. Belə ki, ev təsərrüfatlarına verilən kreditlərin həcmi 7 102,9 mln. manat və ya ümumi həcminin 41,00%-ni təşkil edir. Ev təsərrüfatlarına verilən kreditlərin həcmi son bir ildə 1 530,3 mln. manat və ya 27,46% artıb.

Azərbaycanda kreditləşmənin artımı əsasən istehlak kreditlərin artımının hesabına baş verir.

Qeyd edək ki, həcm və pay üzrə istehlak kreditlərindən sonra gedən digər sahələrdən 13,6%-lik payla “İnşaat və əmlak” və 14,4%-lik payla “Ticarət və xidmət” sahələri qeyd etmək olar.

Kredit qoyuluşlarında vaxtı keçmiş kreditlərin həcmi bu ilin sentyabrın 1-nə 749 mln. manat təşkil edib ki, bu da illik müqayisədə 141,1 mln. manat və ya 23,21% çoxdur.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.