Podkastlar

Vegetarianlıq nədir?

Vegetarian sözü latıncadan tərcümədə “sağlam, gümrah, möhkəm” deməkdir. Amma ümumilikdə ət yeməyən insanlara vegetarian deyilir. Araşdırmalar göstərir ki, belə insanlar ət yeyən insanlara nisbətən daha gümrah və sağlam olurlar.

İnsanların vegetarian olma səbəbləri müxtəlifdir. Bura pəhriz, ateskleroz, xərçəng, ürək çatışmazlığı, mədə-bağırsaq problemlərindən qorunma cəhdləri də daxil edilə bilər. Müasir zamanda Benjamin Franklinin yolunu tutub büdcəyə qənaət məqsədi ilə vegetarian olanlar da az deyil. Hesablamalar göstərir ki, dünyada cəmi 1 həftə ərzində ətdən istifadə 70 qram azaldılsa, 2 trilyon ABŞ dollarına qənaət edilər. Bunlarla bərabər buddizim, hinduizm və xiristianlığın bir sıra məzhəblərinə inanan şəxslər yemək üçün heyvanların saxlanılmasını və öldürülməsini düzgün hesab etmirlər, buna görə də ətlə yox bitki mənşəli qidalarla kifayətlənirlər.

Vegetarianların 7 növü var. Belə ki, 7 ayrı qrup adı altında mövcud olan vegetarianların qidalanmaları müxtəlifdir.

1)Veqanlar: heyvanlarla əlaqəsi olan heç nə ( ət, balıq, toyuq, süd, yumurta) yeməzlər.

2)Lakto – ovo vegetarinlar: ət yemirlər, amma süd və yumurtadan istifadə edirlər.

3)Lakto vegetarianlar: ət, balıq, yumurta yeməzlər, lakin süd məhsullarından faydalanırlar.

4)Ovo vegetarianlar: ət, balıq, süd istifadə etmirlər, buna baxmayaraq yumurta yeyirlər.

5)Pesko vegetarianlar: ət və toyuq yemirlər, balıq, süd və yumurta ilə qidalanırlar.

6)Yarı vegetarianlar: sadəcə qırmızı ət yeməzlər.

7)Meyvə ilə bəslənənlər ( furitrianalar): bu qrup adı altında qidalanan insanlar yalnız bitkilərlə qidalanırlar. Onlar elə bitkilər seçirlər ki, həmin bitkilər öz toxumları hesabına çoxala bilsinlər.

İnsanalar arasında belə bir fikir var ki, əgər ət yemirsənsə, deməli düzgün qidalanmırsan və tezliklə orqanizmin zəif düşəcək . Amma mütəxəssislər deyir ki, düzgün və vaxtında yemək yeyilərsə, onda vegetarianlar ət yeyən insanlara nisbətən daha sağlam olarlar. Belə ki, B12 vitamini əsasən, heyvani qidaların tərkibində olduğu üçün onsuz orqanizm zəif düşə bilər, bunun qarşısını almaq üçün protein/vitamin/miniral qəbul etmək sağlamlıq üçün yaranan riskləri azaldar. Həmçinin, bunlarla bərabər, əla növ buğda, paxlalılar fəsiləsi, süd, müxtəlif növ meyvə və tərəvəzlərdən istifadə edilməlidir.

Adları hamıya yaxşı məlum olan Pifaqor, Plutarx, Sokrat, Pluton, Şah Aşoka, Albert Eynşteyn, Leanardo da Vinçi, Lev  Tolstoy, Jan Jak Russo,  Bernard Şou, Con Milton, İsaak Nyuton, Lamartin Şelli, Volter də vegetarian olublar.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.