P.S, Xəbəriniz olsun, Z-Manset

Vəhşi heyvanlarla şəkil çəkmək üçün imkan - Xəbəriniz Olsun

Zoopark deyəndə hamımızın ağlında eyni təsvir yaranır: vəhşi heyvanlar qəfəsdə oturub yaxud uzanıb insanlara fikir vermirlər. Bəs dünyada bunların əksi olduğu zooparkın mövcudluğu ağlınıza gəlibmi? Söhbət Çilidəki “Safari Lion” zooparkından gedir. Burada qəfəsdə olan insanlardır. Onları izləyən isə heyvanlar.

CHILE-ZOO-SAFARI-LION

Bu zooparkı ziyarət etmək üçün siz də başqa turistlər kimi xüsusi qəfəsdə əyləşməlisiniz. Qəfəs sizi nəinki vəhşi heyvanlardan qoruyacaq, həmçinin 2 hektardan çox olan ərazini gəzməkdə kömək edəcək.

505827

Ərazidə 6 dənə yaşlı şir var. Onları tapana qədər turistlərin darıxmamağı üçün zooparkın işçiləri xüsusi maşınlarda onlarla birgə gəzir və heyvanları ətlə təmin edirlər.

dlyakota.ru_fotopodborki_zoopark-gde-turisty-mogut-dotronutsya-do-lva_9

Vəhşi heyvanlarla şəkil çəkmək üçün bu əla imkandır. Hələ cəsarətli olanlar üçün toxunmaq fürsəti də var. Şirlər qəfəsin üstünə çıxırlar. Bəzən isə elə qəfəsin üstündə uzanıb insanlarla birgə dincəlirlər.

4219105

Buna oxşar qeyri-adi mənzərəni Argentinada da görə bilərsiniz. Burada qarşılaşacağınız mənzərəyə nəinki baxmaq, həm də əl vura bilərsiniz. Buenos Ayresdən cəmi 50 mil (1 mil=1,6 km) aralıda yerləşən “Lujan Zoo” adlı zooparkda heyvanlar kifayət qədər sərbəstdirlər. Tutuquşuları qəfəslərdə yox, ağaclarda yerləşdirilir və insanların başlarına, çiyinlərinə qonurlar. Keçi, qoyun, lama kimi dinc heyvanlar ziyarətçilərin yanında gəzir, onlardan dadlı nəsə istəyir.

аргентина-3

Ancaq pələngi sığallamaq, şiri minmək, balaca pumanı qucağa almaq yaxud ayı balası ilə oynamaq üçün qəfəsə girmək lazımdır. Bu yalnız baxıcının iştirakı ilə mümkündür.

slide_16

Bu heyvanların hamısı azadlıqda doğulmur və uşaqlıqdan insanların nəzarəti altında böyüyür.

c863bd92c5b9cc133b32da086f5c07e4

Ona görə də heyvanlar ziyarətçiləri sakit qarşılayır və hətta onların belinə çıxmağa da icazə verirlər.

LujanZoo57_zps924c383f

slide_8

Böyük pişiklər və ayılar südü çox sevir. Buna görə də turistlərin əlindən böyük həzzlə süd içirlər.

арентина-8

Bütün bu əyləncənin qiyməti cəmi 50 dollardır. Daha bir maraqlı fakt odur ki, “Lujan Zoo”ya çadırla gəlib sərbəst gəzən heyvanların arasında rahatlıqla gecələmək mümkündür.

101.large

Hazırladı: Rəna Hüseynova
Mənbə: mif-facts.com.ua

Öncəki xəbərNövbəti xəbər