Siyasət, ZZ-Manşet

Venesuela prezidentinin Azərbaycana rəsmi səfəri başa çatıb

venesualla1Venesuela Bolivar Respublikasının prezidenti Nikolas Maduronun Azərbaycana rəsmi səfəri başa çatıb.

GSR.fm-in APA-ya istinadən verdiyi xəbərə görə, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Prezident Nikolas Maduronu hava limanında Azərbaycanın baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər yola salıblar.

Qeyd edək ki, bu gün Azərbaycan prezidenti İlham Əliyevin adından Venesuela prezidenti Nikolas Maduronun şərəfinə rəsmi ziyafət verilib.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.