İqtisadiyyat, ZZ-Manşet

Vergilər Nazirliyi Avropa İttifaqı ilə layihəyə başlayıb

vergilər-nazirliyi-570x360Bu gün Avropa İttifaqı ilə Azərbaycan Vergilər Nazirliyi arasında daha bir əməkdaşlıq layihəsinə – “İnsan resurslarının inkişafı sahəsində Azərbaycan Respublikası Vergilər Nazirliyinə dəstəyin göstərilməsi” adlı Tvinninq Layihəsinə start verilib.

GSR.fm Marja-ya istinadən xəbər verir ki , layihənin başlanılmasına həst olunmuş tədbirdə vergilər nazirinin müavini Sahib Ələkbərov bildirib ki, Vergilər Nazirliyi milli vergi qanunvericiliyinin və vergi inzibatçılığının təkmilləşdirilməsinə xüsusi önəm verir və daim bu sahədə mövcud olan qabaqcıl beynəlxalq təcrübəni öyrənərək öz işini yüksək dünya və Avropa standartları səviyyəsində qurmağa çalışır.

Son illər bu məqsədlə bir sıra iri layihələr, o cümlədən AVİS, elektron bəyannamələr, ƏDV depozit hesabı, elektron hesab fakturaları, elektron qeydiyyat, elektron audit və mobil imza kimi mütərəqqi layihələr həyata keçirilmişdir. “Təbiidir ki, bu layihələrin hamısı ən yüksək texnologiyalara əsaslanır. Bu isə müasir tələblərə uyğun insan resurslarının hazırlanmasını, kadrların biliklərinin və peşəkarlıq səviyyəsinin durmadan artırılmasını ön plana çıxarır.

Vergilər Nazirliyində bu vəzifələri yerinə yetirmək üçün kifayət qədər müasir maddi-texniki baza yaradılıb. Şamaxı rayonunda Nazirliyin vergi əməkdaşları üçün ən yüksək səviyyədə təlim və ixtisasartırma kursları təşkil edən Tədris Mərkəzi fəaliyyət göstərir”,- o deyib. Sahib Ələkbərov vurğulayıb ki, Vergilər Nazirliyində hələ 2004-cü ildə insan resurslarının inkişafı strategiyasının konsepsiyası təsdiq edilmiş və onun reallaşdırılması nəticəsində bir sıra müsbət nəticələr əldə olunmuşdur.

Lakin, yaşadığımız dövrün çox sürətlə dəyişən çağırışlarına adekvat cavablar verə bilmək üçün insan resurslarının davamlı inkişafı ilə bağlı tədbirlər bundan sonra da davam etdirilməli, müasir təlim proqramları, tədris materialları hazırlanaraq onların vergi orqanı əməkdaşlarına çatdırılması üçün müasir informasiya texnologiyalarına əsaslanan üsullardan istifadə olunmalı, məsafədən elektron tədris, iş yerlərində təlimlər təşkil edilməlidir. “Bu gün vergi orqanlarında çalışan işçilərdən peşəkar biliklərlə yanaşı, məlumatların intellektual təhlil üsullarına, kollektivin üzvləri arasında biliklərin bölüşdürülməsi texnologiyalarına yiyələnmək, işlə bağlı sərbəst qərarlar vermək, vergi ödəyiciləri ilə partnyorluq münasibətləri qura bilmək kimi yeni bilik və bacarıqlar tələb olunur.

 Bu məqsədlərə çatmaq üçün həm daxili, həm də kənar resurslar hesabına insan resurslarının sistemli şəkildə inkişafının uzunmüddətli strategiyasının hazırlanması vacibdir. İşçilərin bilikləri mənimsəməsi, onların motivasiyasının stimullaşdırılması və peşəkar karyera yüksəlişinin təmin olunması üçün şəffaflıq və azad rəqabət prinsipləri əsasında formalaşan, müasir tələblərə və gələcəyə yönəlmiş tənzimləyici normativlər və qaydalar işlənib hazırlanmalıdır”. Layihə İspaniya və Fransa Vergi Administrasiyaları ilə birgə 2 il ərzində həyata keçiriləcəkdir.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.