Reportaj, ZZ-Manşet

Vətənpərvərlik mövzusunda sərgi keçirilib

10 may tarixində “Sahil bağı”da Açıq səma altında 11-ci plener tədbiri baş tutub . Müsabiqə Mərhum prezident Heydər Əliyevin anadan olmasının 93 illiyinə həsr olunan silsilə tədbirlər çərçivəsində baş tutub.

Tədbirdə səbail rayonunun 100-dən çox məktəblisinin və gənc rəssamların hərbi-vətənpərvərlik mövzusunuda-müharibə, xüsusilə də Qarabağ savaşı ilə bağlı müxtəlif rəsmləri nümayiş olunub.

Səbail Rayon İcra Hakimiyyətinin rəsmi nümayəndəsi Qurban Abbasov tədbirlə bağlı fikirlərini GSR.fm-lə bölüşüb:

 “Bu, sərgi ondan ötrüdür ki, bir növ insanların, gənclərin maariflənməsi üçün bizim gələcəyimiz olan uşaqlar öz fikirlərini burda bildirirlər ki, vətənpərvərlik ruhunda necə böyümək lazımdır. Biz burda gənclərə onu aşılamalıyıq ki, onların hamsı vətənpərvərlik, əsgərlərin mübarizəsindən, xocalı hadisələrindən, rayonlarımızın zəbt olunmağının şəkilləridir. Yəni, əsil vətənpərvər insan, bizim gəncliyimizdir. Demək olar ki, bütün respublika, bütün işçilər, bütün təşkilatlar, məktəblər, bağçalar gözəl iştirak edir. Öz vətənpərvərliklərini, öz şəkil çəkməkləri ilə fikirlərini əks etdirirlər”.

Müsahibimiz Rəssamlar İttifaqının katibi, Xalq Rəssamı Ağaəli İbrahimov sərgidə 42 gənc rəssamla yanaşı 220-dən çox şagirdin də iştirak etdiyini qeyd edib. Bu, tədbirin onun üçün əsil sənət bayaramı olduğunu deyib:

“bizim dahi şəxsiyyətimiz Heydər Əliyevin 93 illiyidir. Mən hesab edirəm ki, bu çox vacib bir məsələdir. Bu çox aktualdır. Vətənpərvərlik mövzusu. Bu barədə həm bizim peşəkar rəsamların sərgiləri olur, həm də bizim balaca uşaqların da bu mövzuda sərgiləri olur. Əgər bu gün biz bu mövzuya toxunuruqsa hər bir uşaq hər bir məktəbli öz tarixini bilməlidir, kökünü bilməlidir. Ya ailədə eşidir, ya internet oxuyur, ya mətbuatda, ya da  kitabda oxuyur və istər-istəməz onu dərk edir. Onu dərk etməsə heç bir əsər yarada bilməz. Ən birinci vətənpərvərlik ruhu təbiyələndirir, uşaqlarda bundan da başqa mədəniyyət, incəsənətin inkişafı və məktəblilərin sənədə, rəssmlığa böyük marağı oyanır”.

Azərbaycan dövlət Pedoqoji Universitetinin musiqi və təsviri incəsənət fakultəsinin müəllimi, fəlsəfə doktoru Səyyar Əliyevin sözlərinə görə isə gənc rəssamaların və şagirdlərin əl işlərindən ibarət sərgi mütəşəkil, yüksək səviyyədə keçrilir:

“Bu sərgidə mənim bir əsərim “Sarı qayanın kədəri” əsərim sərgilənir. O, evləri-eşikləri dağılmış insanlar, qucağı uşaqlı analar, qocalar, yaşlılar, yaralılar hamsı bir yerə toplaşmış və “Sarı qayanın kədəri” qarşısında onları mən öz əsərimdə göstərmişəm”.

Sərgidə iştirak edən şagirdlərdən birinin valideyini Əhməd Oğuz uşaqları vətənpərvər şəkildə tərbiyə etmək üçün bu tədbirin çox böyük əhəmiyyəti olduğunu deyib. O bildirdi ki, qlobalaşma dövründə bu cür tədbirlərin həyata keçrilməsinin təkcə uşaqlar üçün yox, həm də böyüklər üçün əhəmiyyəti var:

 “Mənim qızım gəlib bura. Qızımın riyaziyyata marağı çoxdur,amma rəssmə də meyili çoxdur. Bu, tədbir gözəl bir tədbirdir. May ayında o, təbiətin oyanan vaxtı elə bil uşaqları belə görəndə hərəsi bir gül parçası kimi gözəldir. Burada, onların işlərinin Qaarabağ mövzusunda çəkiblər. Bu da bizim gəncliyin, uşaqların vətənpərvərlik ruhunda tərbiyəsinin önəmli bir hadisədir. Mən görürəm, doğrudan da onların qəlbindən keçənlərdi, onların çəkdiklərini”.

 Səbail rayonunda yerləşən Məmməd Rahim adına 7 saylı tam orta məktəbin şagirdi Hacıbəyli Zəhra tədbirin mövzusunun vətənpərvərlik olduğu üçün şagirdlər arsında sərgiyə xüsusi maraq olduğunu bildirib:

 “Bu tədbir bizə, bir çox insana vətənpərvərliyin nə olduğu haqda təsvirlərini uşaqlara bilgi qazandırdı. Ən azından uşaqlar nə düşündüyünü bu haqda nə təsvir etdiklərini öz əlləri ilə çəkdilər”.

Sərgini izləməyə gələn turistlərədən biri İsaak Çelik belə sərgilərin insanların mədəni dəyərlərinin inkişafı üçün yaxşı olduğunu söylədi:

“Sərgi çox gözəl görünür. Mən incəsənətlə maraqlanıram. Bu tip sərgilər və fəaliyyətlər insanların mədəni dəyərlərinin inkişaf etməsi üçün yaxşıdır. Sərgidən böyük zövq aldım. Burda olduğum və bu fəaliyyəti gördüyüm üçün çox  xoşbəxtəm”.

Qeyd edək ki, tədbir Plener Azərbaycan İncəsənət Konsulluğunun təşkilatçılığı ilə və Səbail Rayon İcra Hakimiyyətinin dəstəyi ilə təşkil olunub.


Hazırladı:

Nərgiz Pənahlı

Günay Kəlbəcərli

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.