Müsahibə, Siyasət, ZZ-Manşet

“Vizanın ləğvi gözlənilən və başa düşüləndir”

Visa-Passport_1406966524

Oktyabr ayının 28-də Türkiyə-İraq arasında viza rejiminin ləğvi ilə bağlı qərar qüvvəyə minəcək. Bu barədə siyasi ekspert Azər Həsrət GSR.fm-ə müsahibə verib. O, bildirib ki, Avropada nəinki viza hətta sərhədlər ləğv edilib, rahat gediş-gəliş yaranıb:

“Türkiyə ilə qonşu dövlətlər arasında vizanın qalmasının bir mənası yox idi. Çünki dünyada elə hadisələr baş verir ki, xüsusən  qonşu dövlətlər bir-birləri ilə viza və bu kimi rəsmiyyətlərdən imtina etməyə çox meyillidirlər. Bu baxımdan Türkiyənin və qonşu dövlətlərin vizanın ləvği ilə razılığa gəlməsi başa düşülən və gözləniləndi. Təbiidir ki, istər İraq, istərsə də başqa qonşu dövlətlər Türkiyə ilə iç-içə olan dövlətlərdi. Çünki qarşılıqlı şəkildə həmin ölkələrin ərazisində Türkiyə vətəndaşları yaşayır, Türkiyənin ərazisində də həmin ölkələrin vətəndaşları – ərəblər, farslar və sair yaşayırlar. Bu baxımdan qohumluq əlaqaləri mövcuddur. Üstəlik ayrı-ayrı tayfaların yarısı o tayda, yarısı bu tayda yaşayırlar. Belə olan şəraitdə insanların gediş-gəlişini asanlaşdırmaq üçün bu addımın atılması gözləniləndir.”

Ekspert həmçinin, bu qərarın müsbət və ya mənfi tərəfləri ilə bağlı fikrini söyləyib. O bildirib ki, 

“Təbii ki, gələcəkdə hansısa problemlərin və yaxud inkişafın olacağı haqqında indidən praqnoz vermək olmaz. Bilirsiz ki, orta Şərq bütünlükdə qaynar qazana bənzəyir. Proseslər bəzən gözləmədiyimiz bir sürətlə baş verir. Elə inkişaf və hallar müşahidə olunur ki, ümumilikdə sabah nə olacağı barədə məlumat verməyə imkan vermir. Bu baxımdan hələlik praqnoz vermək çətin məsələdir. Amma ümumi götürəndə əgər ortada qarşılıqlı anlaşma, istək, iradə və kənar qüvvələrin müdaxiləsinin qarşısını almaq imkanı varsa təbii ki, bu münasibətlərin daha da dərinləşməsinə səbəb ola biləcək.”

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.