Sosial, ZZ-Manşet

Xaricdə təhsil sisteminə qəbul elektron formada keçiriləcək

mikayil-cabbarov1“Xaricdə təhsil sistemində əsas yenilik ondan ibarətdir ki, bütün müraciətlər elektron formada həyata keçiriləcək. Hesab edirəm ki, bu daha rahat üsuldur”.

GSR.fm-in APA-ya istinadən verdiyi xəbərə görə, bunu təhsil naziri Mikayıl Cabbarov deyib.

Onun sözlərinə görə, xaricdə təhsil məsələsində daha çox magistr və doktorantura təhsili almaq üçün müraciət edən şəxslərə üstünlük veriləcək: “Seçim meyarları bəllidir. Biz üstünlüyü daha çox magistr və doktorantura təhsilinə gedən məzunlara veririk. Ancaq bu o demək deyil ki, bakalavr təhsili alan tələbə üçün xaricdə təhsil imkanı yaradılmayacaq. Keçən il olduğu kimi, bu il də proses tam şəffaf şəkildə həyata keçiriləcək”.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.