İdman, ZZ-Manşet

“Xəzər Lənkəran”a daha bir türk məşqçi

ertugrul-saglam-570x302Daha bir türkiyəli məşqçi Azərbaycana gələ bilər.

GSR.fm-in Anspress-ə istinadən verdiyi xəbərə görə, Mustafa Dənizli ilə əməkdaşlığa son qoyan “Xəzər Lənkəran” yeni məşqçi axtarışındadır. Bu posta isə “Beşiktaş”ın keçmiş məşqçisi Ertuğrul Sağlam gətirilə bilər.

Məlumata görə, komandanı çalışdırmaq təklifi artıq Sağlamın özünə də çatdırlıb. Onun nə cavab verdiyi isə hələlik bəlli deyil.

Ötən mövsüm Türkiyə Kubokunun final mərhələsində oynayan “Eskişehirspor”da ciddi maliyyə çətinlikləri var. Bunun üçün də bəzi futbolçuları gələn təkliflər dəyərləndirilərək komandadan çıxarmağı düşünürlər. Bu isə komandanın məşqçisi Ertuğrul Sağlamın heç xoşuna gəlməyib.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.