İqtisadiyyat, ZZ-Manşet

“Xəzər qazı Aİ-yə nəqlin şaxələndirilməsinin mənbəyidir”

qaz-shekliXəzər qazı Avropa ölkələrinə qazın nəqli marşrutlarının şaxələndirilməsinin daha real mənbələrindən biridir.

GSR.fm Trend-ə istinadən xəbər verir ki, bu barədə çərşənbə günü “Xəzər Şelfi” Beynəlxalq Konfransında Gürcüstanın Milli Neft-Qaz Korporasiyasının baş müşaviri Liana Jervalidze bildirib.

Onun sözlərinə görgə, Xəzəryanı ölkələr – Azərbaycan, Qazaxıstan, Türkmənistan və İran böyük qaz ehtiyatlarına malikdirlər: “İrana qarşı artıq uzun müddətdir beynəlxalq sanksiyalar qüvvədədir və bu ölkədə böyük qaz ehtiyatlarının işlənməsi əhəmiyyətli investisiyalar tələb edir. Lakin bu halda qaz nəqli məsələsini həll etmək asan olacaq, çünki Trans Anadolu qaz kəmərinin (TANAP) yaradılması üzrə işlər aparılır”.

Jervalidzenin fikrincə, Türkmənistanla bağlı halda başqa vəziyyət yaranır: “Ölkə ildə 30 milyard kubmetrə qədər qaz ixrac etməyə hazırdır, amma bunun üçün lazımi infrastruktur tələb olunur. Türkmənistan ölkənin şərqindən qərbinə qaz nəqliyyatı infrastrukturunu inkişaf etdirir, amma bununla yanaşı öz sərhədlərində qaz satmağa hazırdır. Bu, öz növbəsində Trans-Xəzər qaz kəmərinin yaradılması məsələsinin inkişafını tələb edir”.

Qeyd edək ki, Aİ, Azərbaycan və Türkmənistan arasında Trans-Xəzər qaz kəmərinə dair danışıqlara 2011-ci ilin sentyabrında başlanılıb.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.