Siyasət, ZZ-Manşet

Xəzərin hüquqi statusu üzrə İşçi Qrupunun iclası başlayır

xezer fotoBakıda Xəzərin hüquqi statusu üzrə İşçi Qrupunun növbəti iclası keçiriləcək.

GSR.fm-in APA-ya istinadən verdiyi xəbərə görə, iclas martın 4-5-də baş tutacaq.

Görüşdə Azərbaycan, Qazaxıstan, İran, Rusiya və Türkmənistandan işçi qrupunun üzvləri, xarici işlər naziri müavinləri iştirak edəcək. İclasda Astanada keçirilməsi planlaşdırlan Xəzəryanı ölkələrin növbəti sammitinin dəqiq tarixi müəyyənləşdiriləcək.

İclasda iştirak etmək üçün İran xarici işlər nazirinin müavini İbrahim Rəhimpur Azərbaycana səfər edib. Bu barədə  İranın Azərbaycandakı Səfirliyindən məlumat verilib.

Xatırladaq ki, Xəzərin hüquqi statusu üzrə İşçi Qrupunun azərbaycanlı üzvü xarici işlər nazirinin müavini Xələf Xələfovdur.

Öncəki xəbərNövbəti xəbər