Cəmiyyət

Xırmanda yabalaşmamaq üçün müqavilə

Ləyaqət Bəhlulova:

 – Birinci başa düşmədi nə demək istədiyimi. Sonra nikah müqaviləsinin əhəmiyyətini, onun mahiyyətini başa salandan sonra, mənə çox da xoş olmayan bir reaksiya verdi ki, nikah müqaviləsi bağlayırsan ki, mənlə evlənmədən boşanmaq haqqında fikirləşirsən.

2000-ci ildə qəbul edilən Ailə Məcəlləsinin 38-ci maddəsində deyilir ki, nikah müqaviləsi nikaha daxil olan şəxslər arasında bağlanan, nikah dövründə və nikahın pozulması zamanı ər- arvadın əmlak hüquqlarını müəyyən edən sazişdir.

İtv.az saytının verdiyi məlumata görə, 2010-cu ildə ölkəmizdə 79 min 172 nikah qeydə alınıb ki, onlardan yalnız 78-i nikah müqaviləsi bağlayıb. Ümumiyyətlə, isə cəmiyyətimizdə nikah müqaviləsiylə bağlı fikirlər birmənalı deyil. Söhbətləşdiyimiz sadə Bakı sakinlərinin bəziləri , bu müqavilənin mentalitetimizə uyğun gəlmədiyini düşünür, bir çoxu da heç nikah müqaviləsinin nə olduğunu bilmir. Müsahibə aldığımız cütlüklərin “evlənərkən nikah müqaviləsi bağladınızmı?” sualına cavabları belə oldu:

 – Bəli Səadət sarayında, həm rəsmi nikah, həm də molladan da kəbin.

 – Bizdə elə toyda hamısı bir yerdə idi, nigahımız elə toyda.

 – Həqiqətən razısınız, bu insanla, ümumiyyətlə, ailə qurursunuz.Belə-belə sözlər işləndi. Biz də dedik, ok, yəni imzalandı kağızlarımız.

Sonradan məlum oldu ki, onlar nikah müqaviləsini rəsmi nikahın imzalanması ilə qarışdırıblar. Nikah müqaviləsi haqqında məlumat verdikdən sonra isə “Biz bir birimizə güvənirik, belə müqaviləyə ehtiyac yoxdur” dedilər.

 – Evlənmək o demək deyil ki, biz müqavilə bağlayıb o əsasda evlənirik, bir-birimizi istəmişik, almışıq, belə söz-söhbət olmayıb.

Amma sorğuda iştirak edənlər arasında nikah müqaviləsinin mahiyyətini bilib izah edənlər də oldu.

 – Nikah müqaviləsi digər müqavilələr kimi qarşılıqlı nikaha girən hər bir gəncin gələcək həyatı üçün müqavilə, yəni birdən işdi, ayrılsalar, nəsə olsa əmlak və digər məsələlər necə bölünəcək , necə olacaq, belə məsələlər var.

Müqavilə haqqında bizə hərtərəfli məlumat verən bu müsahibimiz də nikah müqaviləsi bağlamayıb. Səbəb isə ayrılmağı təssəvürünə belə gətirməməsi olub.

Nikah müqaviləsinə qanunla nələrin daxil olduğunu öyrənmək üçün hüquqşunas Elçin Sadıqova müraciət etdik. Hüquqşunas bildirdi ki, cütlüklər nikah müqaviləsində hər istədiklərini qeyd edə bilməzlər. Onun sözlərinə görə, “Ailə məcəlləsi”nin 38.6-cı maddəsi ilə qadağan olunan predmetlər var ki, onlar bu müqaviləyə daxil edilə bilməz. Bu predmetlərə ər- arvadın hüquq və fəaliyyət qabiliyyətini, öz hüquqlarının müdafiəsi kimi məhkəməyə müraciət etmək, uşaqlara münasibətdə hüquq və vəzifələrini, eləcə də ər arvad arasındakı şəxsi qeyri-əmlak münasibətlərinin hüququnu tənzimləyən müddəalar daxildir. Bundan başqa…

Elçin Sadıqov

– Ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin və ya arvadın saxlanılması üçün vəsait almaq hüququnu məhdudlaşdıran, ər-arvaddan birini aqressiv vəziyyətə salan və ailə qanunvericiliyinin əsaslarına zidd olan müddəalar nikah müqaviləsinə salına bilməz.

Elçin Sadıqov onu da qeyd etdi ki, əgər bu müddəalar nikah müqaviləsinə daxil edilərsə, o zaman həmin müddəalar daxil edildiyi andan etibarsız hesab olunur.

Hüquqşünas deyir ki, Azərbaycanda nikah müqaviləsinin insanlar arasında geniş xarakter almamasının əsasında mentalitet deyil, nikaha daxil olan gənclərə bilgilərin verilməməsi durur. O hesab edir ki, gənclər nikahı rəsmiləşdirmək üçün müraciət edəndə aidiyyatı dövlət orqanı tərəfindən onlara nikah müqaviləsinin mahiyyəti və əhəmiyyəti izah olunmalıdır. Bundan başqa, cəmiyyətdə nikah müqaviləsi ilə bağlı maarifləndirmə işləri aparılmalıdır.

Elçin Sadıqov

 – İnsanlara daha çox bilgi vermək lazımdır, nikah müqaviləsnin keyfiyyəti və əhəmiyyəti ilə bağlı. Yəni bir çox hallarda, nikah müqaviləsi olmadığına görə məhkəmələr boşanma zamanı ümumi standartlar tətbiq edirlər.

1 saylı hüquq məsləhətxanasının vəkili Saleh Əliyev nikah müqaviləsinin əleyhinə olmadığını desə də, bildirdi ki, cəmiyyət buna hazır deyil. Onun fikrincə, bu müqavilə mentalitetizimə uyğun gəlmir.

 Saleh Əliyev:

 – Bizim Azərbaycan milli mentalitetində, müsəlmaçılığında bu bir qədər qəribə səslənir, səthi səslənir. Qız qayıdır oğlana deyir ki, ya da oğlan qıza – biz ailə qururuq, gəl, müqavilə bağlayaq. Hələ bizim millət üçün bunu dilinə gətirmək çox çətindir.

Hüquqşünaslar Elçin Sadıqov və Saleh Əliyevlə söhbət zamanı aydın oldu ki, onların hər ikisi vəkil olmalarına baxmayaraq, apardıqları proseslərdə tərəflər arasında nikah müqaviləsinin olması halı ilə rastlaşmayıblar.

Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova da deyir ki, mentalitet baxımından bir çox ailələr nikah müqaviləsinin tərəfdarı deyil. Onun sözlərinə görə, nikaha daxil olan adamlar düşünür ki, bu müqavilə yalnız boşanma zamanı lazım olur. Amma müqavilə, nəinki, boşanma zamanı, ailə münasibətlərinin davam etdiyi müddətdə də əmlak problemlərinin həll edilməsində rol oynaya bilir.

Taliyə İbrahimova

 – Tutalım ki, qadın həyat yoldaşı tərəfindən müəyyən təzyiqlərə məruz qalır, xüsusilə də, bu təzyiqlər iqtisadi xarakterli olur. Bu halda məhz nikah müqaviləsi olsaydı, tutalım ki, qadının da gəlirin hansı hissəsindən istifadə edə biləcək, konkret olaraq bu hissə nikah müqaviləsində göstərilə bilər, sözsüz, tərəflərin razılığı ilə.

2009-cu ildə Milli Məclisdə nikah müqaviləsinin məcburi olması ilə bağlı məsələ müzakirə olunsa da, qəbul olunmadı. Müsahiblərimiz də məcburiyyətin tərəfdarı deyil. Xanım İbrahimova bildirir ki, mülki əqdlərin icbari olunması yolverilməzdir.

 Taliyə İbrahimova:

– Müqavilə mülki xarakterli bir müqavilədir və burada könüllülük olmalıdır. Mülki qanunvericilikdə əsas prinsiplərdən biridir.

Nikahını rəsmiləşdirmək istəyənlərə nikah müqviləsi ilə bağlı Vətəndaşlıq Vəziyyəti Aktlarının Dövlət Qeydiyyatı (VVADQ) şöbələrində nə dərəcədə məlumat verilib verilməməsini öyrənmək üçün Nərimanov rayonu Vətəndaşlıq Vəziyyəti Aktlarının Dövlət Qeydiyyatı şöbəsi ilə əlaqə saxladıq. Şöbənin baş məsləhətçisi Aysel Kişiyevanin verdiyi məlumata görə, Nərimanov rayon qeydiyyat şöbəsində nikah ərizəsinin yanında nikah müqaviləsini izah edən lövhə qoyulub.Vətəndaşlar yaxınlaşıb oxuyurlar və sonra müqavilənin mahiyyətinin izah olunmasını istəyirlər.

 Aysel Kişiyev

– Deyirik ki, məsəlçün, nikah müqaviləsi notariotda bağlanır. Şərtdi odur ki, birgə nikahdan sonra əldə olunan əmlak və nikahdan əvvəlki əmlak üzərində tərəflər bir-birinə heç vaxt iddia irəli sürməyəcəklər. Bu ancaq notariusda bağlanır, siz onu bizə gətirirsiniz, biz nüsxəsini ərizənin arxasına tikirik.

Bir müddət əvvəl rəsmi nigah üçün müraciət edən Ləyaqət Bəhlulova da Vətəndaşlıq Vəziyyəti Aktlarının Dövlət Qeydiyyatı şöbəsindən onlara verilən yaddaş vərəqəsində nikah müqaviləsi ilə bağlı qısa qeydlərin olduğunu deyir.

Ləyaqət Bəhlulova:

 – Zaqsa düşməmişdən əvvəl nikah yerinə müraciət etmişdik. Orda bizə kartoçka vermişdilər. O kartoçkada qeyd olunmuşdu nikah müqaviləsi haqqında.

Heç kim boşanmaq üçün ailə qurmasa da, bəzən iş o yerə gəlib çatır ki, böyük sevgi üzərində birləşən cütlüklər belə ayrılmalı olurlar. Bax bu zaman məhkəmələrdə adi ev əşyasının kimə qalacağı üstündə davanın getməməsi üçün bəri başdan nikah müqaviləsinin imzalanmasına ehtiyac var. Necə deyərlər, “Şərti şumda kəsmək lazımdır ki, xırmanda yabalaşmayasan”.

 

Öncəki xəbərNövbəti xəbər

9 şərh

  1. Hello! I know this is kinda off topic however , I’d figured
    I’d ask. Would you be interested in exchanging links or maybe guest writing a blog post or vice-versa?
    My website discusses a lot of the same subjects as yours and I believe we
    could greatly benefit from each other. If you might be interested feel free to shoot me an e-mail.
    I look forward to hearing from you! Great blog by the way!

  2. Greetings! This is my first visit to your blog! We are a group of
    volunteers and starting a new project in a community in the same niche.
    Your blog provided us useful information to work on. You have done a marvellous job!

  3. Tadalafil under the name of Cialis is used to treat impotence and symptoms of an enlarged prostate. Another brand of tadalafil is Adcirca, which is used to treat pulmonary arterial hypertension. buy cialis generic Lithgow, cialis 20 mg usa who said the delivery brings just three political medications in the dat for holograms that could extend erection, the many injuries of note.

  4. Hi there, i read your blog occasionally and i own a similar one
    and i was just wondering if you get a lot of spam responses?
    If so how do you reduce it, any plugin or anything you can advise?

    I get so much lately it’s driving me insane so any support is very much appreciated.

  5. It is perfect time to make some plans for the future and it’s time to be happy.
    I have learn this post and if I may I wish to counsel you some
    interesting issues or advice. Perhaps you could write next articles relating to this
    article. I want to learn more issues approximately it!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.