Müsahibə, Siyasət, ZZ-Manşet

“Xorvatiya Azərbaycan neftini almaqda maraqlı ola bilər”

qabil huseynliBu gün Azərbaycan və Xorvatiya prezidentlərinin təkbətək görüşü olub.

Bu barədə GSR.fm-ə politoloq Qabil Hüseynli müsahibə verib. O bildirib ki, Azərbaycan Avropaya böyük miqdarda qaz ixrac etməyə hazırlaşır. Xorvatiya da həmin qazın alıcılarından biridir:

“Xorvatiya prezidenti Azərbaycan prezidenti ilə danışıqlarda alıcı kimi təminat verir. Bundan başqa ikitərəfli münasibətlərin inkişafına dair də məsələlər müzakirə edilib. Ola bilsin ki, Xorvatiya Azərbaycan neftinin də alınmasında maraqlıdır. İndiyə kimi Xorvatiya Azərbaycan neftini almırdı, amma bundan sonra ola bilər ki, müştəri kimi həmin nefti almağa maraq göstərsin. İkitərəfli ticarət əlaqələrinin inkişaf etdirilməsi də maraq dairəsindədir. Azərbaycan və Xorvatiya  qarşılıqlı fayda əsasında ticarət əlaqələrini daha da inkişaf etdirə bilərlər. Azərbaycan kənd təsərrüfatı məhsullarının Xorvatiyaya göndərilməsində özlərinə öhdəlik götürə bilər. Xorvatiya isə Azərbaycanda müəyyən tikinti obyektləri üzrə işlərin aparılması və yaxud zavodların tikilməsi və s. bu kimi məsələlərdə öz şirkətlərinin xidmətini təklif edə bilər. Xorvatiya köhnə sosialist məkanına daxil olan ölkələrdən biri olsa da, Avropaya inteqrasiya edib və Avropa Birliyinin üzvüdür. Bu nöqteyi nəzərdən Xorvatiyanın Azərbaycanla əlaqələri gələcək inkişaf üçün böyük əhəmiyyətə malik ola bilər. ”

Öncəki xəbərNövbəti xəbər

2 şərh

  1. Geri izləmə: vagragenericaar.org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.