Siyasət, ZZ-Manşet

Xorvatiya prezidentinin rəsmi qarşılanma mərasimi keçirilib

xorvatiyaAzərbaycana rəsmi səfərə gələn Xorvatiya Respublikasının prezidenti, xanım Kolinda Qrabar-Kitaroviçin rəsmi qarşılanma mərasimi keçirilib.

GSR.fm-in APA-ya istinadən verdiyi  xəbərə görə, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Xorvatiya prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident İlham Əliyev Xorvatiya prezidenti Kolinda Qrabar-Kitaroviçi qarşılayıb. Xorvatiyanın və Azərbaycanın dövlət himnləri səslənib.

Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçiblər. Qonaq Azərbaycan əsgərlərini salamlayıb.

Azərbaycanın dövlət və hökumət nümayəndələri prezident Kolinda Qrabar-Kitaroviçə, Xorvatiya nümayəndə heyətinin üzvləri isə prezident İlham Əliyevə təqdim edilib. Dövlət başçıları rəsmi foto çəkdiriblər.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.