Yaponiyada inflyasiya rekord vurub. Ölkədə inflyasiya Apreldə 23 ilin ən sürətli artımını edərək 3,2%-ə yüksəlib.
GSR.fm Marja-ya istinadən xəbər verir ki, Yaponiya Mərkəz Bankı, 1 Apreldə 5%-dən 8%-ə yüksəldilən istehlak vergisinin ölkənin illik inflyasiya nisbətini 1,7% artıracağını gözləyir. Bank, ölkədəki deflyasiyanın öhdəsindən gəlmək üçün aqressiv bir pul genişləmə siyasəti aparır.
“Deflyasiya və ayı bazarı öldü”
İnvestisiya şirkəti Nikko Asset Management-dən John Vail, “Məncə Yaponiyada deflyasiya və insanların 10 ildir yaxından izlədiyi ayı bazarı öldü” şərhini verib.
2 şərh