Sosial, ZZ-Manşet

”Yara” sənədli filminin nümayişi keçiriləcək

xocali22 fevral 2016-cı il tarixdə saat 15.00-da Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Təkan” Tələbə Gənclərin İctimai Birliyi tərəfindən Xocalı faciəsi ilə bağlı “Yara” sənədli filminin nümayiş etdirilməsi nəzərdə tutulur.
 
GSR.fm xəbər verir ki, “Yara” sənədli filmi ermənilər və onların havadarlarının köməyi ilə 25-26 fevral 1992-ci ildə Xocalıda törədilən soyqırımdan bəhs edir. Filmdə  erməni vəhşiliklərini əks etdirən və indiyə kimi heç bir yerdə sadalanmayan faktlar,real şahidlərin ifadələri, soyqırımı törədən  “qəhrəmanlar”ın insanlığa yaraşmayan əməlləri, onları bu işə “həvəsləndirən”lərin fikirləri,  habelə həmin dövrdə xarici mətbuat səhifələrində soyqırımla bağlı məlumatlar öz əksini tapmışdır. Çəkiliş zamanı kifayət qədər foto-arxiv sənədləri əldə edilmiş, o dövrdə nəşr edilmiş yerli və xarici mətbuatdan faktlar götürülmüş, ermənilərin özlərinin  “qəhrəmanlıqları”ndan bəhs edən və bu əməllərini sübut edən video və yazılı sənədlər toplanmış, faciənin canlı şahidlərindən ifadələr alınmışdır. Sənədli filmdə ermənilərin Qarabağa köçürülməsi və bunun siyasi və hərbi məqsədləri tarixçi araşdırmaçının geniş təhlili ilə tamaşaçının diqqətinə çatdırılır.Təxminən 30 dəqiqəlik olan bu sənədli filimdə yaradıcı heyət çalışmışdır ki, tamaşaçıya faciənin dərd yükünü və bunun insanlığa bir böyük ləkə olduğunu anlatsın.
Qeyd edək ki, film İctimai Birliyin üzvü istedadlı gənc rejissor Emil Lətifov tərəfindən hazırlanıb. Filmin ideya müəllifi fəlsəfə üzrə doktor Elşən Hüseynovdur.
Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.