Magazine, Xəbərlər, ZZ-Manşet

“Yarat”da “Əziz sevgilim” adlı sərgi keçirilir

IMG_4859

“Yarat” Müasir İncəsənət Məkanı  Orxan Hüseynovun “Əziz sevgilim”adlı ilk iri miqyaslı fərdi sərgisini təşkil edir.

GSR.fm-in verdiyi məlumata görə, sərgi “Yarat” tərəfindən sifariş olunan üç yeni, böyük həcmli əsərlərdən ibarətdir.

Bu əsərlər gündəlik həyatın bir hissəsi, həmsöhbətlərin əsas mövzusu və məlumat toplama prosesinin bir hissəsinə çevrilən alternativ reallıqlara və uydurma hekayələrə tamaşaçının diqqətini cəlb edir. Bu hekayələrin əksəriyyəti internetin xəbər saytları, e-poçt, sosial şəbəkələr və s. vasitələrlə yayılır. Orxan Hüseynovun əsərlərində “Doğru” və ”Yalan” anlayışları aktuallığını itirmiş kimi göstərilir və onlara populyar alternativ olaraq “İmkan” və “Etimad” anlayışları təqdim edilir. 11 martdan açıq elan edilən sərgi 4 iyuna qədər davam edəcək.   Sərginin kuratoru Björn Qeldhofdur. Sərgiyə giriş sərbəstdir.

Qeyd edək ki, Orxan Hüseynov instalyasiya, rəngkarlıq və video sahəsində çalışır. Rəssamın yaradıcılığının əsas istiqaməti onun konseptual əsərləridir. O, yaradıcılıq prosesini tədqiqatlarla birləşdirir. Bu, öz ifadə dilinin analizi ilə məşğul olan incəsənət, intellektual təcrübədir.

IMG_4865 IMG_4842 IMG_4821

Öncəki xəbərNövbəti xəbər