ABŞ-da Mayami şəhəri sahilində yaxta qayaya çırpılıb.
GSR.fm Qaynarinfo-ya istinadən xəbər verir ki, bu gün səhər saatlarında baş verən qəza nəticəsində ABŞ Yüksək Beysbol Liqasının ulduzu Xose Fernandes də daxil olmaqla, 3 nəfər ölüb.
Sahil Mühafizə Xidmətinin əməkdaşları onların cəsədlərini sudan çıxarıblar. Yaxtada digər insanların da olduğu barədə dəqiqləşdirilməmiş məlumatlarla əlaqədar suda axtarışlar davam etdirilir.
Qeyd edək ki, 1992-ci il təvəllüdlü X.Fernandes “Mayami Marlins” komandasının üzvüdür. Artıq komanda idmançının faciəli ölümü ilə əlaqədar başsağlığı yayıb və bazar günü “Atlanta Breyvz” komandası ilə planlaşdırılmış görüşü ləğv edib.