GSR fm, Təhsil, Z-Manset

Yay düşərgələri məktəblilərin haqqıdır, amma …

Məktəblilər üçün nəzərdə tutulmuş 9 aylıq tədris müddəti bitər – bitməz valideyinlər övladlarının istirahəti haqqında düşünürlər. Hər kəs öz övladını harasa göndərməyə çalışır. Kimi kəndə nənə- babasının yanında, kimi ailəsi ilə birlikdə bağ evlərində keçirir. Bəzilərinin isə ümumiyyətlə istirahət imkanı olmur. Bəs yay istirahət düşərgələri məktəblilərin istirahətinin təşkilində nə dərəcədə rol oynayır?

Uşaq Hüquqları üzrə Müdafiə Liqasının sədri Yusif Bəkirovun sözlərinə görə sovet dövründə məktəblər tədris müddəti bitdikdən sonra düşərgə kimi fəaliyyət göstərirdi. Yəni, məktəb düşərgələri təşkil edilirdi və bu bütün məktəblilər üçün nəzərdə tutulurdu. Bunu isə təhsil nazirliyi həyata keçirməlidir.

Yusif  Bəkirov – Sovet dövründə məktəb düşərgələri olurdu. Müəyyən uşaqlar istirahət ede bilmirdiler. Onun üçün də məktəb düşərgələri təşkil edilirdi. Bunu da məktəb təşkil edirdi. Həm ucuz, həm də keyfiyyətli. Hətta deyə bilərəm ki, səfalı yerlərde: Qazaxda, Şəkidə, Balakəndə orda da uşaqlar üçün onların məktəbləri o istirahəti uşaqlara təşkil edirdi. 

Yusif müəllim düşərgələrdə istirahət üçün təklif edilən qiymətlərə də münasibət bildirir. O, qeyd edir  ki, məktəb düşərgələrinin təşkili özəl düşərgələrlə müqayisədə valideyinlərin büdcələri üçün də səmərəlidir.

Yusif – Təəssüflər olsun indi Azərbaycanda məktəb yay düşərgələri yoxdur. Məktəb yay düşərgələri indi reallıqdır, onu həyata keçirtmək mümkündür. Özü də cüzi miqdarda maliyə isdir. Deyək ki, yay düşərgələri 15 günə 250 manata yaxın pul çıxır. Ancaq məktəb yay düşərgələrinde təxminən bunun qiyməti 60 – 70 manat olacaq. 

Apardığımız araşdırmalar göstərir ki, məktəblilərin yay istirahətini müxtəlif hökumət orqanları təşkil edir.

Həmkarlar İttifaqları Konfederasiyasının mətbuat və ictimayətlə əlaqələr şöbəsinin müdiri  Nazim Ağamirovun sözlərinə görə bu il Həmkarlar İttifaqlarının nəznində 4 uşaq yay düşərgəsi fəaliyyət göstərir. Bu düşərgələrdə bir növbənin müddəti 21 gün olmaqla 3400 məktəblinin istirahəti nəzərdə tutulur. Artıq həmin düşərgələr fəaliyyət göstərir.

Nazim Ağamirov – Bunlardan üçü Nabran istirahət zonasında, biri isə Şüvəlanda  fəaliyyət göstərir. Bunlar “Azərbaycan Təhsil İşçiləri  Azad Həmkarlar İttifaqının iki düşərgəsidi, “Alimp” və “Şahin” adlı düşərgələrdi. Digəri “Xidmət –  İş” Həmkarlar federasiyasının “Aypara” adlanan  uşaq düşərgəsidi. Dördüncüsü isə Milli Elmlər Akademiyasının Həmkarlar İttifaqının nəznində olan “Elm” uşaq yay düşərgəsidi.

Yollayışların əsasən düşərgələrin məxsus olduğu sahə həmkarlar ittifaqlarının müəsisə və təşkilatlarında çalışan işçilərin uşaqlarına verilir. Nazim məllim yollayışların qiymətini də açıqlayır.

Nazim Ağamirov – Bir ədəd yollayışın dəyəri 195 manatdır. İstirahəti təşkil olunacaq 3400 nəfər uşaqdan 1700 nəfəri yollayışları tam şəkildə güzəştlə pulsuz əldə edəcək. Qalan 1700 isə yollayışın dəyərinin 15 faizi ödənilməklə uşaq yay düşəgəsinə göndərilir.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova sözlərinə görə nazirliyin tərkibində iki yay istirahət düşərgəsi fəaliyyət göstərir. Bunlardan biri Şüvəlanda fəaliyyət göstərən ”Cirtdan” istirahət düşərgəsidir ki, təmirdən sonra “Gənclərin istirahət düşərgəsi” kimi fəalliyyət göstərir. Bu düşərgədə 7 – 15 yaşlı gənclərin 2 həftəlik fasilə ilə istirahəti təşkil edilir. Digər layihə isə “Azərbaycan doğma diyarım” adlı vətənpərvərlik yay istirahət düşərgəsidir.

Səmayə Məmmədova – Azərbaycan doğma diyarım adlı vətənpərvəlik yay istirahət düşərgəsi. Bu düşərgə isə artıq 14 – 18 yaş arası gəncləri əhatə edir. 3 ildir ki, davam edir. Əsasən Qubada olur bu, Xaçmazda, Lənkəranda, Qaxda, Göygöldə. İyunun 6 – indan başlayan bu düşəgələrdə bu günə kimi 1500 – dən artıq  gənc istirahət edib. 

Təhsil eksperti Nabatəli Qulamoğlunun sözlərinə görə dünya təcrübəsində yay düşərgələri didaktik xaraqter daşıyır  və pedeqoqların nəzarəti ilə təşkil edilir. Hazırda isə yay düşərgələri 1 milyon 500 min, 7 – 14 yaşlı məktəblidən  yalnız 4 – 5 min məktəblini əhatə edir.  Nabatəli məllim qedy edir ki, Azərbaycanda yay düşərgələrini təşkil edən qurum yoxdur. Bu işin təşkili üçün ilk  növbədə  yay məktəbli düşərgələrinin pərakəndə şəkildə təşkilinə son qoymaq lazımdır.

Nabatəli Qulamoğlu – Azərbyacanda yay düşərgələrinin təşkili ilk növbədə Təhsil nazirliyinin üzərinə düşür. Amma siz soruşun Təhsil nazirliyinin 1 dənə də olsun düşərgəsi yoxdur. Məsələn verirlər bunu Həmkarlar İttifaqına. Həmkalar İttifaqı da guya görüntü olsun deyə yay düşərgələri təşkil edirlər. Yay düşərgələrində mən inanıram ki, onlar qiyməti yüksək qoyurlar, yüksək qoyandan sonra bəzi adamlara deyirlər ki, biz sizə güzəştlər edirik. Tutaq ki, 5 – 10 faiz. Və bu endirimlərlə görüntü yaradırlar.

Nabatəli məllim qeyd edir ki, 1992- ci ildən Azərbaycan BMT- nin “İnsan hüquqları haqqında” konvensiyasına qoşulub. Və bir başa konvensiyanın müddəasıdır ki, Azərbaycan hökuməti uşaqların yay istirahətini təşkil etməlidir. Amma bu qəti şəkildə təşkil olunmur.

Mövzu ilə bağlı Təhsil nazirliyinin  fikirlərini öyrənmək mümkün olmadı.

Hazırladı: Professional Media School – un tələbəsi Elçin Əliyev

Öncəki xəbərNövbəti xəbər