İqtisadiyyat, ZZ-Manşet

Yeni dövlət standartı təsdiq edilib

standardAzərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi AZS İSOİEC 17024-2014 “Uyğunluğun qiymətləndirilməsi. Heyətin sertifikatlaşdırılmasını həyata keçirən orqanlara ümumi tələblər” dövlət standartını təsdiq edib.

GSR.fm APA-ya istinadən xəbər verir ki, bu standart heyətin sertifikatlaşdırılmasını aparan təşkilatlar üçün ümumi qəbul edilmiş tələblərin əldə edilməsi və yayılması məqsədilə hazırlanıb.

Yeni standart heyətin sertifikatlaşdırılması üzrə orqanların və onların istifadə etdikləri sertifikatlaşdırma sxemlərinin ardıcıl, tutuşdurulan və etibarlı işinə zəmanət verən tələbləri müəyyən edir. Bu standartın tələbləri heyətin sertifikatlaşdırılma sxemlərini realizə edən orqanlara verilən əsas tələblər kimi xarakterizə olunur.

Sözügedən normativ sənəddə sertifikatlaşdırma prosesi, sertifikatlaşdırma üzrə orqanın heyətinə tələblər və digər məlumatlar yer alır.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.