Müsahibə, Texnologiya, ZZ-Manşet

“Yeni funksiya gözdən əlil insanlara imkanlar yaradacaq”

5703a9f3c36188d0048b4589Feysbukun  gözdən əlil və zəif görənlər üçün istifadəyə verdiyi yeni funksiya onlara şəkildə təsvir edilmiş obyekti görməyə imkan verəcək. Sözügedən funksiya avtomatik olaraq şəklin qısa mətn təsvirini tərtib etmə və ucadan səsləndirmə imkanına malik olacaq.

GSR.fm olaraq bu haqda İT üzrə ekspert Amid Quliyevin fikirlərini öyrəndik. Onun sözlərinə görə, bu funksiya gözdən əlil və zəif görən insanlar üçün yeni imkanlar yaradacaq:

“Sosial  şəbəkələrin  fiziki məhdudiyyətli  insanlar  üçün bir o qədər də imkanları yoxdur. Məsələn, əli olmayan insan  istifadə etmək istəyirsə,  sosial şəbəkələrdə onun üçün  xüsusi  imkanlar yoxdur. Facebook  yeni  təsvir tanınma funksiyasını ona  görə icra edir ki, paylaşımlar olur, insanlar  tez-tez şəkil  paylaşırlar. Beləliklə, şəkil paylaşılanda  fiziki məhdudiyyətli şəxs  avtomotik o şəkildən tanıyır ki, orada nələr  təsvir olunub. Facebook  şəkildə  sənin dostların varsa, onları sənə göstərir və işarələməyə imkan yaradır”

 Amid Quliyev  eyni zamanda bu funksiyanın təhlükəsizlik tərəflərinin olduğunu da bildirdi.

“Bu  funksiyanın təhlükəsizlik tərəfi də var. Saxta profillər yaradıldıqda Facebook onu müəyyən edərək xəbərdarlıq edir və avtomatik əngəlləyə bilir. Twitter sosial şəbəkəsində də şəkillər paylaşılır, lakin Twitter-ın əsas məqsədi  şəkil paylaşmaq olmadığına görə, şəkil tanınma funksiyasını öz sisteminə hələ ki, əlavə etməyib”.

Qeyd edək ki, Facebook-un yeni təsvir tanınma funksiyası hələlik yalnız  İOS  platformalı telefonlar üçün nəzərdə tutulub.

 

Öncəki xəbərNövbəti xəbər

1 şərh

  1. Geri izləmə: vagragenericaar.org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.