Maraqlı, ZZ-Manşet

Yeni hava limanı Ginnesin rekordlar kitabına düşdü

asqabad_hava_limaniTürkmənistanın paytaxtı Aşqabadda layihə dəyəri 2 milyard dollardan çox olan beynəlxalq hava limanı istifadəyə verilib.

GSR.fm AzVision.az-a istinadən xəbər verir ki, hava limanının açılış mərasimində Türkmənistan Prezidenti Qurbanqulu Berdıməhəmmədov iştirak edib. Dövlət başçısı bildirib ki, ən son aeronaviqasiya texnikası və texnologiyası ilə təchiz olunmuş yeni hava limanı qitədaxili və qitələrarası ticari-iqtisadi əlaqələrin inkişafına töhfə verəcək.

Üç terminaldan ibarət hava limanı saatda 2 min sərnişinə xidmət edəcək. Bütün növdə və hər cür yük tutumu olan təyyarələri qəbul edə biləcək iki qalxma-enmə zolağının uzunluğu 3800 metrdir. Hava limanı kompleksinin ümumi sahəsi isə 1200 hektardır.

Açılış mərasimində yeni hava limanında dünyada ən böyük xalça ornamentinin memari təsvirinə görə “Ginnesin rekordlar kitabı”nın sertifikatı təqdim edilib. Əsas sərnişin terminalının damında yerləşən ornamentin sahəsi 705 kvadratmetrdir.

Öncəki xəbərNövbəti xəbər