“SolidRun” şirkəti “HummingBoard” mikrokompüterini nümayiş etdirib. “Raspberry Pi” yığcam kompüterində olduğu kimi, cihazın içliyi bir lövhədə yerləşir. “HumminBoard” mikrokompüterinin 10 dollar bahalı olmasına baxmayaraq, daha güclüdür.
Gsr.fm-in ICTnews-a istinadən verdiyi xəbərə görə, mini fərdi kompüter (FK) 1 QHs takt tezlikli “ARMv7” prosessoru ilə təchiz edilib. Bundan başqa, “HummingBoard” mikrokompüteri “USB” portdan enerji toplayır, ayrılmış Ethernet porta və S/PDIF koaksial çıxışa malikdir.
Yeni cihaz üç konfiqurasiyada əlçatandır. Standart konfiqurasiya (HummingBoard-i1) 44.99 dollara, daha təkmil model 74,99 dollara ən güclü model isə 99,99 dollara almaq mümkündür.
Mini FK-in bütün versiyalarının tədarükünə iyulun 7-də başlanacaq. Bütün modellər “Linux” əməliyyat sisteminin distributivi əsasında işləyirlər.