İqtisadiyyat, ZZ-Manşet

“Yeni zavodlar inşa etməliyik”

rovneq-570x360“Azərbaycanda yeni zavodlar inşa etməliyik”.

GSR.fm-in Anspress-ə istinadən verdiyi xəbərə görə, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev deyib. O bildirib ki, emal zavodlarının inşası çətin proses olduğu üçün onu tez bir zamanda etmək mümkün olmur:

“Dünyanın nüfuzlu şirkətləri ilə neft emal zavodlarının layihələri üzərində çalışırıq. Heydər Əliyev adına Neft emalı zavodunun ömrünü uzatmağa çalışırıq. Bunun üçün də modernizasiya etmək lazımdır. Məqsədimiz yeni zavodlar işə salınana qədər Avro 4, Avro-5 standartlarına cavab verən benzin istehsal etməkdir. Yeni neft emalı zavodları 2023-cü ildə işə salınacaq. O müddətə kimi bu yenilənmə işlərini yekunlaşdırmalıyıq”.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.