Reportaj, ZZ-Manşet

“Yenidən qran-pri Azərbaycana qaytarıldı”

Aprelin 21-də  Bakı Musiqi Akademiyasında “İslam Dünyası gənc klassik musiqi ifaçılarının 5-ci beynəlxalq müsabiqəsi” keçirilib.

İslam Dünyası gənc klassik musiqi ifaçıları müsabiqəsinin təşkilat komitəsinin sədri  Rahib Rəsulzadə konsertdə bu il 9 İslam ölkəsinin iştirak etdiyini deyir:

200-ə yaxın uşaqdan 13 gənc  finala vəsiqə qazandı. Həmçinin orkestr nominasiyasında bu il nəhayət ki, yenidən baş mükafatı – qran-prini Azərbaycana qaytardılar. Xarici ölkələrdən gəlmiş bütün iştirakçılar-İran İslam Respublikası, Tacikistan, Özbəkistan, Qazaxstan, Türkiyə, Misir, Rusiya-Başqırdıstan təmsil edirdi və digər ölkələrdən gələn qonaqlarımız da çox gözəl çıxış etdilər.

Müsabiqənin qaliblərindən olan Cavid Yusifzadə isə konsertdən razı qaldığını bildirir:

Konsert çox yaxşı keçdi. Mən sevinirəm ki, birinci yerə çıxdım. Mən çox sevinirəm ki, Azərbaycanı təmsil edirəm. Çox sevincli bir hissdir.

sehne

Əsas mükafatın qalibi Məhəmmədəli Paşayev də layihə ilə bağlı fikirlərini bölüşür:

Çox yaxşı keçdi konsert. Qran-prinin qalibi oldum. Qalib olmaq yaxşı hissdir. İnsan özünü yaxşı hiss edir.

Türkiyəli münsif Turgay Budak bu il Türkiyədən müsabiqəyə  iki tələbə gətirdiyini deyir:

Keçən il qran-prini almışdıq ama bu il ancaq üçüncü ola bildik. Müsabiqənin məqsədi həm uşaqlar yeni əhatə dairəsi qazanmış, həm də Azərbaycan musiqisini tanımış olurlar. Əsas qayda budur ki,  hər kəs bir Azərbaycan bəstəkarının bəstəsini ifa edir. Müsabiqə, qərb musiqisinin yox, öz musiqinizin yayılması baxımından mühüm əhəmiyyət kəsb edir.

İştirakçılar qədər tamaşaçılar da konsertdən məmnunluqlarını ifadə edirlər. Müsabiqəni izləməyə gələn Məmmədova Aydan proqramı gənclərin özlərini tanıtması, gələcək inkişafları üçün çox böyük kömək  olduğunu vurğulayır:

Bu müsabiqə çox yüksək səviyyədə keçirildi. Buna da çox sevinirəm ki, bizim şəhərdə, bizim akademiyada, Üzeyir bəyin ocağında bu müsabiqə keçirilir.

Konsertdə tamaşaçı qismində gələn Reyhan Axundova isə Azərbaycanda belə tədbirlərin keçirildiyi üçün çox sevindiyini deyir :

Bu çox böyük bir qələbədir ki, bizə inanıb uşaqlarını konkursa (müsabiqəyə – red.) göndərirlər. Ürəyim çox belə genişdir. Balalarımız çıxış eliyəndə mən çox ruhlanıram. Çox fərəhlənirəm mən onlarla.

Bakı Musiqi Akademiyasının Beynəlxalq əlaqələr və Tərbiyə işləri prorektoru Yeganə Axundova müsabiqə barədə fikirlərini bölüşərkən ildən ilə iştirakçıların sayının və coğrafiyasının artdığını bildirir:

Keçmiş MDB ölkələri və xaricdəki daha uzaq İslam ölkələri ilə bizim səviyyəmiz çox müxtəlifdir. Biz görürük ki,  başqa ölkələr bizimlə daha çox təmasda olmaq istəyirlər. Azərbaycan musiqisi ilə yaxınlıq etmək istəyirlər.

Qeyd edək ki, Bakı Musiqi  Akademiyasında “İslam Dünyası gənc klassik musiqi ifaçılarının 5-ci beynəlxalq müsabiqəsi” İSESCO-nun, Gənclər və İdman, Mədəniyyət və Turizm, Xarici İşlər nazirliklərinin dəstəyi və iştirakı, Bakı Musiqi Akademiyasının təşkilatçılığı ilə gerçəkləşdirilib.


Hazırladı: Gülçin Nağıyeva

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.