Sosial, ZZ-Manşet

Yol qovşağının istifadəyə veriləcəyi tarix açıqlanıb

yol-qovshagi-570x360Ziya Bünyadov prospektinin Alı Mustafayev, Hüseynbala Əliyev və Əbdülvahab Salamzadə küçələri ilə kəsişməsində yerləşən müxtəlif səviyyəli yol qovşağı kompleksinə daxil olan 2-ci tuneldə bu gündən etibarən asfalt-beton örtüyünün salınmasına başlanılıb. Bunu Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev deyib.

GSR.fm Trend-ə istinadən xəbər verir ki, P.Mürsəliyev qeyd edib ki, uzunluğu 450 metr, eni 10,5 metr olan iki hərəkət zolaqlı tunel Ə.Salamzadə küçəsindən Z.Bünyadov prospekti ilə Azadlıq prospektinin kəsişməsi istiqamətinə nəqliyyatın fasiləsiz və maneəsiz hərəkətini təmin edəcək.

Asfalt-beton örtüyünün salınması işləri başa çatdıqdan sonra həmin tunel vasitəsilə nəqliyyatın hərəkəti təmin olunacaq və bundan sonra həmin ərazidə köməkçi hissənin asfaltlanmasına başlanacaq.

Demək olar ki, kompleksdə son tamamlanma işlərinin iyun-iyul aylarında başa çatdırılması planlaşdırılır.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.