Maraqlı, Xəbərlər, ZZ-Manşet

Yupiterdə su buxarı tapılıb

260134

NASA Yupiter planetinin peyki “Avropa”da su buxarı tapıldığını açıqlayıb.
Agentlik su buxarının “Hubble” teleskopu vasitəsi ilə aşkar edildiyini bildirib.

GSR.fm-in Qaynarinfo-ya istinadən verdiyi məlumata görə, sözügedən buxar peykin buzlarla örtülü cənub qütbündədir.

Qeyd edək ki, alimlərin bu tapıntısı öz təsdiqini taparsa, “Avropa” Günəş sistemində su axıntılarına rast gəlinən ikinci peyk olacaq. Daha öncə “Kassini” kosmik gəmisi Saturnun peyki Enkeladda yüksələn su buxarlarını təsbit etmişdi.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.