Maraqlı, Xəbərlər, ZZ-Manşet

Yuxudan tez oyanmaq üçün 10 səbəb

wakeup-easy
Bəzən günün yorğunluğunu canımızdan çıxarmaq və yeni günə daha həvəslə başlamaq üçün müxtəlif səbəblərə ehtiyacımız olur. Bu səbəblər hədəf şəklində də özünü göstərə bilər.  GSR.fm-in Qaynarinfo-ya istinadən verdiyi məlumata görə, bizi yerimizdən erkən qalxmağa və yeni günə daha həvəslə başlamağa yönəldən həmin səbəbləri birlikdə tapmağa çalışaq.
1. Bu sizin sağlamlığınız üçün çox faydalıdır. Səhər yuxudan erkən oyanmaq və saatlarınızı yataqda keçirməmək fizioloji baxımdan daha sağlam olmağınıza dəlalət etməklə yanaşı, həm də psixoloji sakitliyiniz üçün də böyük əhəmiyyət kəsb edir.
2. Gününüzün daha uzun olacağını düşünün. Bu halda daha çox işi çardıra bilər, müxtəlif görməli işlərinizi bir gün ərzində tamamlamağa qadir olarsınız.
3. Dostlarınızla görüşmək üçün vaxtınız olacaq. Bu isə daha çox ünsiyyət və doğmalıq deməkdir. Sizin gününüz təkcə işdən deyil, həm də xoş keçirilən zamandan ibarət olacaq.
4. Səhər yeməyinizi etmək üçün vaxtınız olacaq. Yatağınızdan qalxan kimi qaçhaqaç ilə işə getməyiniz sizi bir neçə addım geriyə salır və gününüzün də enerjisiz keçməsinə səbəb olur. Yatağınızdan daha erkən qalxın və ən yaxşı formada səhər yeməyi yeyin.
5. Mütaliə üçün ən uyğun zamanı seçə bilərsiniz. Bəlkə də siz o insanlardansınız ki, kitabları məhz erkən saatlarda oxumaq sizə ən uyğun olanıdır. Bu halda niyə bunu dəyərləndirməyəsiniz ki?
6. İdman etmək üçün sağlam başlanğıcınız olacaq. Səhərlər qaçmağın faydası haqqında danışmaq artıq olardı. Çünki artıq demək olar ki hər kəsin bundan xəbəri var. Sadəcə daha erkən qalxmaq və qaçmaq lazımdır – bunun xeyrini ən tez zamanda görəcəyinizə əminik.
7. Məhsuldar olacaqsınız. Səhər saatları insanların ən məhsuldar olduğu vaxt hesab edilir. İşlərinizin bir çox hissəsini məhz erkən saatlarda başlaya və bitirə bilərsiniz. Sonra isə icazə verin beyniniz və ya bədəniniz istirahət etsin.
8. Məqsədlərinizə daha tez çatmaq üçün daha çox zamanınız olacaq. Bəlkə də siz kiçik hədəflər adamı deyilsiniz və bir gün sizə daima çox qısa gəlir. O zaman erkən oyanmaq vaxtıdır. Yerinizdən qalxın və dünyanı fəth edin!
9. İnsanlara daha yaxşı təsir edə bilərsiniz. Belə ki, bir çox tədqiqat da sübut edir ki, erkən saatlarında keçirilən iş görüşləri olduqca effektiv olur. Odur ki, bu faktı gözardı etmək olmaz.
10. Həyatınızı yuxuda deyil, oyaq yaşayın! Bundan böyük səbəb ola bilərmi?
Öncəki xəbərNövbəti xəbər