Sosial, ZZ-Manşet

Zukerberq təhsil sahəsinə 120 milyon dollar yatırıb

mark-zuckerberg1“Facebook” sosial şəbəkəsinin yaradıcısı Mark Zukerberq və onun həyat yoldaşı Prissilla San-Fransiskonun körfəz ərazisində yerləşən məktəblərdə təhsil səviyyəsinin yüksəldilməsinə 120 milyon dollar məbləğində kömək edəcək.

GSR.fm-in ICTnews-a istinadən verdiyi xəbərə görə,bu haqda Zukerberq öz “Facebook” səhifəsində yazıb.

Zukerberq bu addımını Silikon vadisinin bir hissəsi olan regionun təhsil müəssisələrində təhsillə bağlı vəziyyəti dəyişdirməklə əlaqələndirib.

“Facebook”un banisi bu regionu dünyanın ən perspektivli məkanı adlandırıb. O deyib ki, məktəblilərin bilik səviyyəsi aşağı olduğuna görə  universitetlərə daxil olmaqda çətinlik hiss olunur.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.