Sosial, Xəbərlər, ZZ-Manşet

 “1 inci klub” Gəncə Musiqi Kollecində

15215680_1333330973368543_1942929772_o

Gənclər üçün Təhsil Mərkəzi Gəncə Regional Ofisi, Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi və Gəncə Beynəlxalq Xəstəxanasının tərəfdaşlığı ilə Gəncə şəhərinin bir çox ali təhsil ocaqları, universitet və kolleclərində “Təhsil dəstək” kampaniyası çərçivəsində “Sən də 1incisən”adlı tələbələr üçün silsilə görüşlər təşkil edilib.

Mərkəzin mətbuat xidmətindən  GSR.fm-ə verilən məlumata görə, növbəti tədbir Gəncə Musiqi Kollecində baş tutub. Tədbirdə kollec rəhbərliyi, tələbə təşkilatının üzvləri və 200 nəfər tələbə iştirak edib. Tədbiri giriş sözü ilə açan kollecin direktor müavini Fatma Qafarzadə tələbələrinin fəallığından danışaraq layihəyə uğurlar arzulayıb.

Sonra Gənclər üçün Təhsil Mərkəzi Gəncə Regional Ofisinin Rəhbəri Aygün Həsənzadə çıxışına ilk öncə Ulu Öndər Heydər Əliyevin “Təhsil millətin gələcəyidir!” sözləri ilə başlayaraq, bu gün ölkəmizdə gənclərin inkişafı istiqamətində, təhsil sahəsində aparılan islahatlardan danışıb.

Sonra layihənin rəhbəri, biznes məsləhətçi Ənvər Yavəroğlu da çıxış edərək təhsilə dəstək olaraq həyata keçirilən layihənin mahiyyəti haqqında iştirakçılara ətraflı məlumat verib, iştirakçılarla fikirlərini bölüşüb.

Tərəfdaş qurum olan Gəncə Beynəlxalq Xəstəxanasının nümayəndəsi Selvi Maral da çıxış edərək “1inci klub” kartında gənclərin sağlamlığının qorunması üçün birgə əməkdaşlıqdan danışıb.

Tədbir  tələbələrin maraqlı müzakirələri, təklifləri ilə davam etdirilib.

Sonda Gəncə Musiqi Kollecinin tələbələrinin təqdim etdiyi musiqilər, ifalar tədbirə rəng qatıb.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.